Menu

AMEA-nın alimləri koronavirusa həsr olunmuş şeirlər yazacaq

11.06.2020, 15:17
AMEA-nın alimləri koronavirusa həsr olunmuş şeirlər yazacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının çap olunacaq ədəbi almanaxdakı şeirlərinin mövzusu açıqlanıb.

Bununla bağlı “Report”a danışan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan alimləri bədii yaradıcılıqla məşğul olan elm adamlarının fantaziyasının daha geniş olduğu qənaətinə gəliblər:

“Artıq ardıcıl olaraq 6-cı dəfədir ki, “Qoşa qanad: fizika və lirika” konfransları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilməkdə davam edir. Burada bizim institut ev sahibi olmaqla yanaşı, akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarında çalışan professional elm adamlarının bədii yaradıcılıq istiqamətindəki fəaliyyətinə dair məsələlər geniş müzakirə olunur. Biz bunu obrazlı şəkildə “Qoşa qanad” adlandırırıq. Yəni elm və ədəbiyyat təfəkkürünün qoşa qanadları. Bizim alimlərimizin də gəldiyi qənaət ondan ibarətdir ki, bədii yaradıcılıqla məşğul olan elm adamlarının fantaziyası daha geniş olur. Onların bağlı olduğu elm sahələrində iştirak etməsi və yeniliyə olan meyilləri daha güclü olur. Ədəbiyyat adamları həm də elm adamlarıdırsa, onların yaradıcılığında cəmiyyətin təkcə vəsf olunması deyil, həm də dərinddən dərk olunması və şərh edilməsi kimi məsələlər də öz əksini tapır”.

Akademik bildirib ki, bu, XX əsrin ortalarında meydana çıxmış akademizm cərəyanının prinsipləridir:

“Akademik elmi düşüncə ilə bədii düşüncənin sintezinin vəhdəti istiqamətində gedən proseslər göstərir ki, bizim elmi mədəni mühitimizdə də akademizm cərəyanının əlamətləri görünməkdədir. Bizim çap olunacaq bədii yaradıcılıq almanaxında elə bədii yaradıcılıqla məşğul olan ciddi elm adamlarının əsərləri çap olunur. Bizim “Qoşa qanad”da akademiyanın bütün institutlarında çalışan və öz sahələrində tanınan alimlərin şeir və hekayə yazmaq bacarıqları nümayiş olunur. Bu alimlərin əsərlərində simmetriya, ölçü, informasiyaların poetikləşdirilməsi və cəmiyyətin elmi-bədii dərki kimi fərqli düşüncələrə də rast gəlinir. Bu, ölkəmizdə böyük ədəbiyyatı zənginləşdirən bir qoldur”.

İ.Həbibbəylinin sözlərinə görə, builki almanaxda yer alacaq bəzi şeirlərin mövzusu koronavirusa həsr olunub:

“Şeirlərdə cəmiyyətdə baş verən hadisələrə elmi baxış bədii vasitələrlə ifadə olunur, qafiyələndirilir. Dövrümüzün reallıqları, Azərbaycan cəmiyyətində gedən proseslər alimlərimizin bədii əsərlərində - şeir və qəzəllərində bədii vasitələrlə və yalnız elmi əsaslarla təqdim olunur. Bu il təqdim edəcəyimiz almanaxda pandemiya və koronavirusla bağlı alimlərin süzgəcindən keçmiş şeirlər və bədii əsərlər də təqdim olunacaq. Bu, yeni tipli bir ədəbiyyatdır. Buna intellektual ədəbiyyat da demək olar. Amma biz bunu “Qoşa qanad” adlandırırıq”.

Şərhlər

t.ədalət 2020-06-11 21:38:53

Sovet dövrü arxada qalsa da,kommunist ideologiyası hələ də yaşayır.O zamanlar da belə şeylər olurdu.Məsələn,pambığa, neftə,inəyə,qoyuna şeir yazdırırdılar.O boyda torpaq itkisi qalıb,vətənpərvərlik şeiri yazdırmırlar.Virusa şeir qoşmaq üçün ilhama gələn şairlərə,tovuzlular demişkən,"qaqel" mükafatı vermək lazımdır.

pensioner 2020-06-11 18:03:38

Xırdaçılıq etməyin,poemalar yazılmalı və üstəlik tamaşalar da göstərilməlidir.

Əli 2020-06-11 17:07:37

Millət AMEA-dan korona əleyhinə vaksin gözləyir, siz də şer yazırsınız. Heç mətləbə dəxli var?

Alim 2020-06-11 16:22:12

Birinci gerek yoldash Hebibbeyli numuna gostersin gorek o sheylerin koronovirusa qarshi mubarizede hansi rolu olacaq. Butun dunyanin elmi merkezleri cidi ishlerle meshgul olur. AMEA ise coronovirus haqqinda qeyri-peshekar seviyyede, virusun ne oldugunu bilmeyen nadanlari TV ekranlarina cixararaq ehalini yanlish melumatlandirir. Esil hekimler ise goz qabigina soxularaq, sesleri cixmir. Ehsen sene Hebibbeyli, bu camaatin ele sheyir, meyxana dediyini hami gozel bilir. Bu esil meyxana movzusudur, Namik Qaracuxurlu ve Namik Mena esil idaci kimi cixish ede bilerler, toyxanalarin baglanmasi ile elaqedar maqil aktirasalarda xor oxuyarlar. Akademiyanin akademik ve muxbir uzvilerinide o xora devet etmek lazimdir

Mubariz 2020-06-11 16:07:14

Ахır ki ,bizim qocalar ,vaksin kəşf etdi ,halaldı,işiniz yoxdur ,şeirlə müalicə? O məkanın ,həyətində şadlıq evi tikin ,şeirlərinizidə orada oxuyun

Ay AMEA 2020-06-11 15:31:50

On min nəfərdən aləm virusa qarşı MƏLHƏM(vaksin) gözləyir! Baş infeksion komiksi, yox!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol