AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI YENƏ ARTDI - 4 nəfər vəfat edib

Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Hazırkı dövrədək ölkəmizdə 9 957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4 255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

635x100

Şərhlər

Azər 2020-06-15 23:48:38

Çəmşıd müəllim düz deyirsiz.Rayon və şəhərlərimizdə zibilkiklər ufunət və fəlakət mənbəyidir.ona gorə ən azı 7reğinda mobil zıbıl emalı muəssisələri tikmək lazımdir təcili bu həm ekoloji.hən işsizlik problemini həm də tullantilardan səmərəli istifafə etmək uçun fursərştdiri

Bayram 2020-06-15 23:19:20

Testlərin sayini yox aşkatlanma faizini vı vaxtinda mualıcəyə cəlb etmə əsasdır.niyə bu 350.ya 365 lər dunen ya 3 gün bundan qabaq aşkarlanmır yəni 7000 test lazım olanlar vaxtinda aparlsaydi bu tez aşkarlanardi

Vətəndaş 2020-06-15 12:47:59

Deməli sərt qarantin rejimi yox.sərt tibbi düşüncəyə ehtiyac var.İnsanları evlərə buxovlamaq tam yanlışdır.Yalnız təmozliyə və tibbi xidmətin düzgün təşkilinə ciddi yanaşmaq,təbliğatı güşləndirmək.pokazuxadan əl çəkmək lazımdır.Bakıda nə normal dezinfeksuiya aparılır.çə də televiziyada elan olunan tədbirlər şəhərin hər yerində yerinə yetirilir.Zibil konteynerləri ,profilaktik tədbirlər yalnız ekranlarda görünür.Br dəfə edib,30 dəfə göstərisiniz.Mikrorayonlar,8 km,Günəşli.alatava, sanki Bakı deyil.Heç bir iş görülmür.f

Eko 2020-06-15 11:10:12

Allah hamsina kômey olsun !!!

Cəmşid Dərələyəzli 2020-06-15 10:22:09

Görünən o ki, vəziyyət günü-günden daha tehlükəli xarekter alır. Bütün bu təhlükəyə reğmen, dünən bir vidyoda insanların dağ-daşla Bakıdan rayonlara dincəlməyə can atdıqlarını gördüm. Bəzən ne qeder çalışsaq da insan, belə menzerelere fikir bildirmeden baxıb keçə bilmir. Bu vidyolara baxanda ilk ağlıma gələn o olur ki, görəsən insanlarımız son 32 ildə bu səbirsizliyi onca itirilmiş veten torpaqlarımızın, tökülən şehid qanlarımızın, lekelenmiş namusumuzun, qanına qelten edilmiş körpelerimizin qisaslarının alınması üçün neden etmediler. İndi ise neden Devletin vermiş olduğu qanunları və qerarları çeynəyərək, bütün dünyanı tehdid edən Korona belasına qarşı yox, məhz "ölmek" üçün belə əziyyetli bir yol seçirler. .Bunu anlamamaq yeni o qedermi zor. Nedir amac, ölmekmi, yoxsa devletin bütün bu meselerde sorumluluğuna qarşı gedib, qarşıdurmalar yaradıb, dünyada bizi rəzilmi etməkdir.Lütfən kəndinizə gəlin, millətə qarşı sorumluluq hiss etmirsinizsə, heç olmasa, yaxınlarınızı, ve evladlarınızı ise de düşünün. Qaldı 21-ci yüz illiyin başlanğıcındakı bu Korono belasının doğurduğu pozitiv, yəni müsbət tərəflərinə hesab edirəm ki, dünyada və xüsusen de özümüzdə onun həyatımıza diqtə etmiş olduğu yazılmamış qanunlarından bəzilərini gələcəkdə də (bu ağılla bundan sağ qurtarsaq eger) tərciyə edərdik. Yəni gələcəkdə onlardan bəzilərıni yaşam həyatımıza tətbiq edərdik. Xüsusən də xeyir və şərlərimizə gətirmiş olduğu sadəlikləri, Dövlətin bütün sahələrdə bu cür forsmajorllara əvvəlcədən daha mükəmməl ve mobil hazır olmasını diqtə edən tədbirlərə daha büyük diqqət və kapital ayırmasını, bütün ölkədə, xüsusən də böyük şəhərlərdə ekoloji tarazlığı təmin etmək üçün il ərzində heç oılmasa bir neçə dəfə (ən azı 6 dəfə) bu qaydada evlərə çəkilib, dışardan təcrid olunmaq. Nəhayyətdə biz Azərbaycanlılarda heç bir zaman olmamış növbəyə (məsafəli) durmaq adətini həyatımıza bundan sonra da daxil etmək.Bütün tibb müəssisələrimizdə, xüsusən də ölkəmizə dişardan daxil olan vətəndaşların giriş-çıxış əməliyyatları daima bax beləcə ciddiyə alınsın və onlrın girişində hər zaman dezenfeksiya ve ilkin heraretinin ölçülməsi tetbiq edilsin. İri şəhərlərimizdə özünü tecrid zamanlarda bütün şəhərlərin küçə və meydanlarının dezenfeksiya edilməsini. Daha nələri, onu da sizlərə buraxıram.

Deputat 2020-06-14 22:56:42

Bu ədədləri hansı kabinetdə düzüb-qoşurlar?Nazirlər Kabinetində?..

Son yazılar