“Siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın”
Avropa Şurası Parlament Assambleyası sentyabrın 29-dan oktyabrın 1-dək keçən sessiyasının yekunlarına dair qətnamə qəbul edib. Sənəd AŞPA-nın saytında yerləşdirilib. Qətnamədə Azərbaycanda repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi tələbi də yer alır.
Sənədin 11-ci bəndində göstərilir ki, Parlament Assambleyası üzv ölkələri Avropa Şurası qarşısında öz öhdəliklərini yerinə yetirməyə çağırır. Azərbaycana aid çağırış da bu bənddədir. Orada deyilir:
11.3. Azərbaycan hökuməti və parlamenti vətəndaş cəmiyyəti fəallarına və jurnmalistlərə qarşı təzyiqlərdən çəkinsin, məhkəmələrdən siyasi məqsədlər üçün istifadə olunmasın, siyasi motivlərlə həbs edilən bütün şəxslər dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın, insan hüquq və azaqdlıqlarına, o cümlədən sərbəst toplaşmaq, ifadə və birləşmək hüquqların tam hörmət olunsun.
Qeyd edək ki, Azərbaycan Avropa Parlamentinin sərt qətnaməsinin və ABŞ prezidentinin açıq tənqidinin ardınca Avropa Şurasında da çətin situasiya ilə üzləşib. Oktyabrın 2-də bir qrup Azərbaycanlı siyasi mühacir Strasburqda AŞ PA-nın plenar iclasında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun çıxışı zamanı aksiya keçirib. Fəallar zalın lojasında “Azərbaycan siyasi məhbuslarına azadlıq!” şüarı səsləndiriblər. AŞ PA rəhbəri Ann Brasser etirazçılardan sakitliyə riayət etməyi xahiş etdikdən sonra aksiya səssiz formada davam edib: üzərində siyasi məhbusların şəkilləri olan qırmızı köynək geyinmiş siyasi mühacirlər əllərini qaldırıblar. Brasser özü Məmmədyarova söz verməzdən əvvəl ölkədə baş verən proseslər haqqında izahat dinləmək istədiyini bildirib. Bu zaman o, fəalların narahatlıq doğuran həbsini nəzərdə tutduğunu qeyd edib. Brasser deyib ki, ötən həftə Azərbaycanda olub və bəzi məhbuslarla görüşüb. O qeyd edib ki, Azərbaycanda AŞ standartlarına riayət olunması ilə bağlı, xüsusən müstəqil məhkəmə, toplaşmaq, ifadə azadlığının təmin edilməsi sahəsində ciddi problemlər var və bu problemlər tezliklə həll edilməlidir.
Nazirlər Komitəsinə sədrlik təkcə məsuliyyət deyil, həm də Avropa Şurası qarşısında öhdəlilərə sadiqliyin nümayişi üçün yaxşı imkandır. Azərbaycanın sədrliyinin başa çatmasına vaxt var və Bakı sözügedən sahələrdə addımlar atmalıdır. Lakin Məmmədyarov öz çıxışında bütün bu məsələlərə toxunmayıb və daha çox ümumi mövzularda danışaraq, Azərbaycanın sədrliyi dövründə AŞ-nin fəaliyyətindən bəhs edib. Ukraynadakı hadisələr haqqında danışarkən o, bir dəfə də olsun Rusiyanın adını çəkməyib.
AŞ PA-nın payız sessiyası çərçivəsində qurumun Siyasi İşlər və Demokratiya Komitəsinin toplantısı da keçirilib. Komitənin toplantısında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabatın hazırlanması ətrafında müzakirələr aparılıb və bu məsələ üzrə Böyük Britaniyadan olan parlamentar Robert Valter məruzəçi təyin edilib.

Azərbaycan hakimiyyəti də görür ki, bu, yumşaq formada müəyyən qədər şantaj, müəyyən mənada yaltaqlanmaqdır. Ona görə də bunlara cavab verir ki, biz belə halları qəbul etmirik. Ancaq fakt budur ki, Azərbaycan hakimiyyəti Qərblə konfrantasiyaya gedir”.
Bu gərginliyin nə qədər davam edəcəyi barədə də ekspertin öz yanaşması var: “O qədər gedəcək ki, Qərb, ilk növbədə ABŞ buna imkan yaradacaq. Mən heç vaxt Azərbaycan hakimiyyətini öz qərarlarını verməkdə tam müstəqil saymamışam. Çünki Azərbaycan beynəlxalq birliklərin, öhdəliklərin, sazişlərin üzvüdür. Hələ biz görünməyən danışıqlardan bəhs etmirik. Biz 1994-cü ildə nefti, qaz kəmərlərini, yataqlarını ABŞ kompaniyalarına verəndə bununla da onlardan Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasının qarantiyalarını aldıq, bu, elə-belə baş verməyib. Bu gün də onlar qarant rolunda çıxış edirlər. Mən ABŞ tərəfinə də demişəm ki, mən bilirəm siz bu proseslərin içindəsiniz və istəsəniz çox şeyləri dəyişə bilərsiniz. Nəyə görə istəmirsiniz, bu, başqa məsələdir. Ancaq fakt odur ki, Azərbaycan tərəfi bu məsələdə müstəqil deyil, ABŞ istəsə, prosesləri dayandıra, lazımi istiqamətə yönəldə bilər”.
Vaqif
Azpolitika.info


Şərhlər