Menu

BU GÜN KORONAVİRUS AZƏRBAYCANDA DAHA 6 CAN ALDI - Yeni statistika

18.06.2020, 18:26
BU GÜN  KORONAVİRUS  AZƏRBAYCANDA DAHA 6 CAN ALDI - Yeni statistika

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 100 koronavirus testi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol