Filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli koronavirusdan vəfat edib.
“BakuPost”un yerli bürosu xəbər verir ki, H.Həşimli dünən gəcə həyata gözlərini yumub.
Xatırladaq ki, H.Həşimli həm də AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini idi. “BakuPost”a daxil olan digər məlumata görə, hazırda Naxçıvanda vəziyyət ağırdır. Xüsusilə də Naxçıvan şəhəri, Culfa, Şərur rayonu və rayonlara yaxın kəndlərdə koronavirusa yoluxma halı sürətlə yayılır.


Şərhlər