Menu

Ermənistanda keçmiş deputat həbs edildi

28.06.2020, 09:58
Ermənistanda keçmiş deputat həbs edildi

Ermənistanda Çiçəklənən Ermənistan Partiyasından millət vəkili olmuş Abraam Manukyan seçicilərə rüşvət verməkdə ittiham edilərək həbs edilib. “RİA Novosti” xəbər verir ki, bunu Baş prokurorluğun nümayəndəsi Gor Abramyan bildirib.

Onun sözlərinə görə, Yerevan Şəhər Ümumi Məhkəməsi onun həbs edilməsi barədə vəsatəti təmin edib.

Belə ki, Abraam Manukyanın 2017-ci ildə keçirilən parlament seçkilərində seçicilərə rüşvət verməsi iddiası öz təsdiqini tapıb.

Keçmiş deputat 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol