Menu

Ukraynada COVID-19-a yoluxanların sayı 52 min ötdü

10.07.2020, 13:53
Ukraynada COVID-19-a yoluxanların sayı 52 min ötdü

Ukraynada son sutkada daha 819 nəfər koronavirusa yoluxub.

“Report” UİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Aparatının koronavirusun yayılmasına dair monitorinq sistemi məlumat yayıb.

Ölkədə COVID-19-a yoluxanların sayı 52 043 nəfərə çatıb.

Son sutkada 18 nəfər virusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 345 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 24 800-dən çox pasiyent sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol