ORDUMUZ DÜŞMƏNİ BELƏ CƏZALANDIRIR - Müdafiə Nazirliyi videogörüntüləri yaydı, daha bir şəhidimiz var...

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

"AzPolitika" xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin növbəti açıqlamasında bu barədə məlumat verilir. 

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

635x100

Şərhlər

vuqar 2020-07-16 15:36:50

HE DAVUD! MENDE G0RDUM! B|L|RSEN BU PULAR|N MERM| ALMA QAB|L|YYET| BU QEDERD|! AMMA GUCU B|R AZDA C0X 0LSA LAP ELA 0LARD|!

davud 2020-07-13 11:02:52

37 ci saniyədə səngərin içində gəzişən canlıya baxin.orda digər texnikada var idi.onuda vurmaq olardi.təpələrin içindəki canlı qüvvənidə vurmaq olardi.nəysə

Son yazılar