AZƏRBAYCAN ORDUSUNUN GENERALI VƏ POLKOVNİKİ ŞƏHİD OLUB - Rəsmi açıqlama (VİDEO)

Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.

“Report” xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu

3) Gizir Zeynallı İlqar Ayaz oğlu

4) Gizir Babayev Yaşar Vasif oğlu

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əsgər Mustafazadə Elçin Arif oğlu


635x100

Şərhlər

Eli 2020-07-14 18:02:09

Allah şehidlerimize rehmet elesin ruhları şad olsun.Qurban olum şehidlrtimize Milletimizin ve döyüşen ordumuzu n döyüş rıhınu n dsim yükselmesi üçün hamılıqla elimizden geleni etmeli hamıdı birlikde olub bir möqteye bir hedefe vurmalıyıw hamımız canımızfan her am keçmeye hazır olmalıyıq Beten sağ olsum

Mirzə Qafarlı 2020-07-14 16:57:11

Allah şəhidlərimizə rəhmət eləsin. Hər bir şəhidimizin, o cümlədən Generalımızın qisası bir neçə qat artıq düşmənin hərbiçilərini məhv etməklə alınmalıdır.

Mirzə Qafarlı 2020-07-14 16:44:47

Allah şəhidlərimizə rəhmət eləsin. Hər bir şəhidimizin, o cümlədən Generalımızın qisası bir neçə qat artıq düşmənin hərbiçilərini məhv etməklə alınmalıdır.

X 2020-07-14 14:50:59

Bir milyonumuz qirilsin torpagimiz---serefimiz namusumuz qeyretiniz ozumuzu qayitson

omar 2020-07-14 14:37:13

...Allah şəhidlərimizə rəhmət etsin.Bundan sonra da ordumuz və komandan susacaqsa,day hazırlaşaq ermənini pişvazla qarşılamağa.Görünür burdakı erməni qarışığı olanların laxladılması,ordakı erməniləri hərəkətə keçirib.Orduma türkün qeyrətini istəyirəm.

MRP 2020-07-14 14:11:15

Yaşasın Azərbaycan.Eşq olsun Azərbaycan ordusuna.Şəhidlər ölməzlər bizim yanımızdadılar.Biz onları görmərik.

MRP 2020-07-14 14:06:40

Cavidanlarımız.

Rasim Quliyev 2020-07-14 13:46:40

Ali baş komandan əmr verin gedək o itləri gəbərdək nəyi gözləyirik.

t.ədalət 2020-07-14 13:31:44

Allah onlara rəhmət eləsin!Onların əməlləri kimi adları da əbədi yaşadılmalı,gənclərimizin and yerinə çevrilməlidir.

nəzakət 2020-07-14 13:29:45

Allah rəhmət eləsin Düşmən ölmədikcə qəlbim sevinməz

Son yazılar