"COVID-19-un ən böyük problemi ondan ibarətdir ki, yoluxma çox olanda, xəstələrin xəstəxanaya yerləşdirilməsi gündəmə gəlir. Dünyada elə bir dövlət və səhiyyə sistemi yoxdur ki, bütün xəstələr xəstəxanalara yerləşdirilə bilsin".
"AzPolitika" xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Nazirlər Kabineti yanında Operatib Qərargahın üzvü Şahmar Mövsümov deyib. O, bildirib ki, heç bir səhiyyə sistemi böyük sayda xəstələrə tab gətirə bilməz: “Xəstəxanaların çatışmaması dedikdə, biz bunu mülahizə kimi deyirik, lakin görəndə ki, xəstələrin sayı çoxdur, doğrudan da xəstəxanalarda çarpayı çatmır, xəstələri yerləşdirməyə imkan yoxdur, bu, doğrudan da qorxulu hisslərdir. Mən o hissləri yaşadım. Azərbaycanda COVID-19-un yaratdığı uçuruma çox yaxın idik. İkinci dəfə sərtləşdirilmiş karantinin ilk günlərində bizim xəstəxanalarda barmaq sayı qədər çarpayılarımız qalırdı. Cənab Prezidentin tapşırıqları ilə çox qısa müddətdə modul tipli xəstəxanaların tikilməsəydi, bu yaxınlarda 800 çarpayılıq xəstəxana istifadəyə verilməsəydi, Azərbaycan çətin vəziyyətdə olardı. Vaxtında atılmış addımlar, görülən tədbirlər nəticəsində biz uçurumun kənarından geri dönməyə başladıq”.
Ş.Mövsümov qeyd edib ki, yoluxma sürətlə artırdı: “Biz bunu gördükdə sərt karantin rejiminin bərpa olunmasına qərar verdik. İkinci dəfə karantin rejiminin tətbiq olunması nəticəsində sürətli yoluxmanın qarşısını ala bildik. Bu onun göstəricisidir ki, karantin rejimi bəhrəsini verir. Bizim karantin qaydalarına əməl etməyimiz, maska taxmağımız, məsafə saxlamağımız, gigiyena qaydalarına riayət etməyimiz yoluxmanın sayına təsir edən amildir. Yoluxmanın artmaması insanlarımızın karantin qaydalarına əməl etməsinin nəticəsidir ki, mən cəmiyyətimizə minnətdarlığımı bildirirəm. Amma onu da deyim ki, biz hələ də koronavirusa yoluxma sayında pik göstəricilərdəyik. Azalma yalnız bu gün başlayıb. Ümid edirik ki, azalma davam edəcək. Lakin yoluxma sayının yenidən artmaması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması, bunun qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Biz sərt karantin rejiminin daha iki həftəlik uzadılmasını nəzərdə tutmuşuq. Biz buna məcburuq".

Şərhlər
İnsanlarr bezib bu mənasz qadağalardan.Hamı öz sağlamlığının qeydinə indiki hökumətdən dəfələrlə qartıq qalır.Salam insanları aylarla boğub ev dustağı etmək.insanların ehtiyaclarını nəzərə almamaq nəticədə sağlam insanların da immunitetinin aşağı düşməsinə,stres,əsəb halında yaşamağa məəcbur edilməsi heç də insanların qeydinə qaklmaq yox,əksinə insanlığa qarşı qəsddirr1iNSANLARI EVDƏ QALMAĞA MƏCBUR ETMƏK.ONLARI AZUQƏSİZ QOYMAQ,HEÇ BİR YARDI GÖSTƏRMƏMƏK DÜNYADA ANALOQU OLMAYAN HALDIR.T.
Millete lazim olmayani sherh edirsiniz Ay azpolitika !!!
Bu artıq insanların əsəbi ilə oynamaqdır. Söz tapa bilmirəm artıq.
sərt karantin rejiminin uzadılması düzgün qərardı,"soyub quyruğunda qoymaq olmaz", bizdə belədir də gərək yaxınlarımızdan kimsə bu virusdan rəhmətə getsin ki təhlükənin olduğunu bilək......
İnsanlarda immunitet aşağı düşüb. Bir çox insan evdə kondisioner işlədir. Payızda bizim üçün çox çətin ola bilər.
Bu operativ qerarqahda ,, oturanlarin hec birinin hekimlikden bashi cixmir , Ona qôrede millet bu qûndedi ....
Qûrcûye baxiram , bize baxiram . Allah teala bizi yaddan cixardib ,,, Yeqin ki , qûnahlarimiz coxdu. Day sôzûm yoxdu !!! Bize buda azdi !!!!
Millet yardim etmek lazimdir, evde otur demekle deyil ki.
Menaslz qerardir. Insanlari bos yere evlere qapadib daha da agir xestelemdirirdiniz
Niyə aldadırsınız?Kasıblar evlərində müalicə alır.Məmurlara karantin rejimi tətbiq edin ki,onların müalicəsini hakimiyyət öz üzərinə götürüb.
Mene catmayan odu ki innovativ şöbesi işcisi niye bunu deir??beyem hekimden zaddan yoxdu??)))Ne ise uzadin,cox saqolun tipa yaqmiza qaldin ey innovativ şobe)))
İndi müharibə bitəcək. ..
Kasıb əhali isə əziyyət çəkir müxtəlif xəstəliklər tapır.... İnsafınız olsun.
Dənizə qima getməyə icazə verin