Rusiya prezidenti Vladimir Putin Çeçenistanın başçısı Ramzan Kadırova general-mayor hərbi rütbəsi verib. Kadırov iyulun 23-də prezidentin bu barədə fərmanının fotosunu özünün VKontakte sosial media hesabında paylaşıb.
Çeçenistan başçısı həmin postda yazır ki, Putin bu fərmanı verdiyi barədə şəxsən özü ona zəng edərək xəbər verib: “Bu telefon söhbəti zamanı prezidentin özü fərmanı oxudu, məni təbrik etdi və yeni uğurlar arzuladı”.
2009-cu ildə Rusiyanın ovaxtkı prezidenti Dmitri Medvedev Kadırova polis general-mayoru rütbəsi vermişdi. Onda Kadırovun 33 yaşı vardı və o, Rusiyada ən gənc general-mayor olmuşdu.
Özünün 23 iyul tarixli postunda Kadırov bunu da bildirir ki, o Daxili İşlər Nazirliyinin tabeçiliyindən Rusiya Milli Qvardiyasının tabeçiliyinə keçirilib: “Mən Daxili İşlər Nazirliyindən Milli Qvardiyaya keçirilməyimə görə əziz qardaşıma, Rusiya Federasiyası Milli Qvardiya Qüvvələrinin komandanı Viktor Zolotova sonsuz minnətdarlığımı ifadə etdim”.
Kadırov Çeçenistana 2007-ci ildən rəhbərlik edir. Birinci Çeçenistan müharibəsində çeçen silahlılarla birlikdə Rusiya qüvvələrinə qarşı döyüşmüş Kadırov sonradan Moskvanın tərəfinə keçib. O rəhbərlik etdiyi Çeçenistan Respublikasında kütləvi və ağır insan haqları pozuntularına görə beynəlxalq insan haqları təşkilatları tərəfindən kəskin ittiham olunur. (azadliq.org)


Şərhlər
vova sən Ramzan Kadırova generalisimus adı versən də o, öz millətinin yanında dayanacaq məqamında.
cənab Kadırovu təbrik edirik
bütün məmurlardan xahiş edirəm ki cənab prezidentin ətrafında sıx birləşsin çünki o bizi gözəl gələcəyə aparır.biz öz prezidetimiz ilə həmişə fəxr edirik. çünki o ulu öndərimizin layiqli davamçısıdır.lər. çünki o bizi gözəl bir gələcəyə aparır gələcəyə