Azərbaycan və Ermənistan XİN başçıları ilə həmsədrlərin növbəti görüşü payızda keçirilə bilər

ATƏT-in Minsk Qrupu çərçivəsində 3+2 formatlı, yəni Rusiya, ABŞ, Fransa nümayəndəsi olan həmsədrlər, həmçinin Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında nəzərdə tutulan görüş payızın əvvəllərində keçirilə bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Bildirib ki, bunun üçün iki ölkənin münasibətləri, habelə koronavirus pandemiyası ilə bağlı əlverişli vəziyyət yaranmalıdır.

Mənbəyə görə, ATƏT-in Minsk Qrupu çərçivəsində təmaslar daimi şəkildə, gündəlik olaraq həmsədrlər arasında davam edir.

“Hazırda başlıca məqsəd Azərbaycanla Ermənistan sərhədində hələ də xeyli yüksək olan gərginliyi azaltmaq, ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik çözüm axtarışlarını fəallaşdırmaqdır” – deyən mənbə sözügedən görüşün istənilən yerdə keçirilə biləcəyini də qeyd edib.

635x100

Şərhlər

Eko 2020-07-29 07:41:58

O qrupa daxil olan dôvletler, hamisi ermeniperesdiler, yani ermeninin fikri ile hemreydiler !!! Biz onnarnan ne danisha bilerik ki,???? Cox maraqlidi . Hemen o qrupdan vixmaq ve yaxud dost dôvletleri ora ûzv etmek lazimdi !!!! Bildizdeeeee eheheeeey

Vətəndaş 2020-07-28 22:35:01

Hələ tezdir. Saxlasınlar karantin dünyada tam bitsin, bir on il də keçsin sonra görüş haqında düşünərlər. A bədbəxtlər, camaat payızda Qarabağa köçmək ümidi ilə yaşayır. ..

t.ədalət 2020-07-28 19:59:14

Gprüşün payıza ötürülməsi ermənilərin xeyrinədir.Azərbaycan ATƏT-dən imtina etməlidir

Son yazılar