Menu

Azərbaycan Livana maliyyə yardımı göstərəcək

05.08.2020, 16:10
Azərbaycan Livana maliyyə yardımı göstərəcək

Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Livan Prezidenti Mişel Auna ünvanladığı başsağlığı məktubunda qeyd olunub.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

Şərhlər

Azər 2020-08-05 23:24:59

Livanda erməni az qala müsəlmandan çoxdur. Müsəlmanlarda (adları müsəlman). ərəblər... Özümüzdə , düşünürəm daha çox yardıma ehtiyacı olan var.

t.ədalət 2020-08-05 17:33:10

Azərbaycan özünün ac-yalavac qalan əhalisinə umac ova bilmir,xaricə necə yardım edir?

X 2020-08-05 16:52:34

Livan demis ermeni demek ....Allah Livani batirsin

Azer 2020-08-05 16:45:00

ozune omac ova bilmir basgasina corek bisirir, ne geder ehtiyaci olanlar var olkede pis veziyyetde yasayirlar

Kələntər 2020-08-05 16:18:02

Livanda erməni "qardaşlarımız" çoxdur, ona görə də yardım göstərməliyik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol