Menu

Livan ordusu iğtişaşları yatırdı

09.08.2020, 12:46
Livan ordusu iğtişaşları yatırdı

Avqustun 8-də günorta saatlarında Beyrutda başlayan iğtişaşların qarşısı alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Livan ordusu nümayişçiləri Xarici İşlər və İqtisadiyyat nazirliklərinin binalarının qarşısından uzaqlaşdırıb. Hazırda paytaxtın Şəhidlər meydanında sabitlik hökm sürür.

LBCI telekanalı Livan Qırmızı Xaç Cəmiyyətinə istinadla xəbər verir ki, iğtişaşlarda 728 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bir polis əməkdaşı həlak olub, onlarla asayiş keşikçisi isə yaralanıb.

Bundan başqa, polis nümayişlərdə iştirak edən 19 nəfəri saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol