Menu

BELARUSDA YÜZMİNLƏRLƏ İNSAN KÜÇƏLƏRƏ ÇIXDI - Lukaşenko müxalifəti ordu ilə hədələdi (VİDEO)

23.08.2020, 22:22
BELARUSDA YÜZMİNLƏRLƏ İNSAN KÜÇƏLƏRƏ ÇIXDI - Lukaşenko müxalifəti ordu ilə hədələdi (VİDEO)

Avqustun 23-də Minskdə "Yeni Belarus üçün yürüş" keçirilib. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə, aksiyada 150 mindən 200 minə qədər insan iştirak edib. 

Aksiyada prezidentliyə namizəd Svetlana Tixanovskayanın təşəbbüsü ilə yaradılan Müxalifət Koordinasiya Şurasının rəhbərləri çıxış ediblər. Etirazçılar yenə də "Get!, Get!" şüarları səsləndirilər və ölkədə yenidən prezident seçkilərinin keçirlməsini tələb ediblər.

Belarusun Müdafiə Nazirliyi aksiyaçıların qaldırdığı ağ-qırmızı-ağ bayrağı faşist bayrağı adlandırıb və etirazçıları ordu ilə hədələyib. "Aksiyanın keçirildiyi yerdə, bayraqlar altında faşistlər belarusların, rusların, yəhudilərin və digər millətlərin nümayəndələrinin kütləvi şəkildə öldürülməsini təşkil ediblər" - deyə açıqlamada qeyd olunub. Nazirlik bəyan edib ki, həmin "müqəddəs məkanları" "qoruma" və "mühafizə" altına alacaq. Belə bir video mesaj nazirliyin Telegram kanalında yerləşdirilib.

"Bu yerlərdə nizam və əmin-amanlıq pozulduğu təqdirdə, siz polislə deyil, ordu ilə qarşılaşacaqsınız" - müraciətdə bildirilir.

Söhbətin hansı "müqəddəs yerlər"dən getdiyini nazirliyik açıqlamayıb.

Bundan əvvəl isə Belarusun müdafiə naziri Viktor Xrenin dövlət televiziyasında "dağıdıcı qüvvələr kütləvi iğtişaşlar, o cümlədən silahdan istifadə etməklə hakimiyyəti ələ keçirməyə cəhd edə bilər" - deyib. 

“AzPolitika.info”


Şərhlər

Soltana 2020-08-24 12:41:15

Problem Fidel, Əbül, ya Lukaşda deyil. Bəzi liderlər başqasını dinləyib, adam sanıb lider görmək istəmir və gözdən düşür.

Pərviz 2020-08-24 09:37:52

Lukaşenko getsə dövlət dagilacag.

Omer 2020-08-24 04:16:54

Xosbext insanlardi

t.ədalət 2020-08-23 23:07:21

Lukaşenkonu Putin saxlaya bilməyəcək.

Millət 2020-08-23 22:49:03

Lukaşenkonu Çauşevski kimi güllələməsələr o gedən deyil. Özünü də,xalqını da fəlakətə sürükləyir. Cəhənnəm ol get də,artıq millət bezib 28-ildə, nə qədər olar. İnsanda abır-həya olar. Bu qədər həyasızlıq nəyə kimə lazımdır.

Soltan 2020-08-23 22:41:54

Görürsünüz ki, Əbülfəz kimi xalqı başsız qoyub qaçmadı!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol