“Ermənistan Silahlı Qüvvələrinin zabiti olaraq mən Azərbaycanın işğal altında olan ərazilərində xidmətimi davam etdirmək istəməmişəm”.
“Report” xəbər verir ki, bunu avqustun 23-ü saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan videomüraciətində deyib: “Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında bu ərazidə xidmətə cəlb edilmişəm. Törətdiyim əmələ görə peşmançılıq hissi keçirməklə yanaşı, mənim kimi Ermənistan Silahlı Qüvvələri tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm”.
O qeyd edib ki, saxlanıldıqdan sonra təsəvvürlərinin tam əksinə olaraq ona qarşı heç bir qeyri-insani davranış, işgəncə, təzyiq olunmayıb: “Eyni zamanda qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bilik-bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.


Şərhlər
Senin qanindan bizde coxdu "xidmetlerinde"gormusuk. Allah vurmusdu sizi rusun kopekleri
Dioversantın çıxışı Rusiyanın qurduğu oyundur.Məgər,ermənistanın ordusu var?Ərazilərimizi işğal edən və mövqelərimizi atəşə tutan rus ordusudur.Sadəcə olaraq,həmin ordunu tərkibində ermənilər də var.
Aha ...
.....diga,unictojim vsex pridurkov armyan
Nə qəsəng sərait yaradiblar bu ermeniye,oturub böyrundə mineral su rahat rahat danisir.Bizimkileri orda doye doye danisdirirlar.Ne deyim ne soz tapim bilmirem.....