Ölkədə tətbiq olunan sərt karantin rejimi qaydalarının vəzifəli şəxslər tərəfindən pozulmasına dair məlumatlar tez-tez mətbuatın gündəm mövzusuna çevrilir. Bir müddət əvvəl AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə təşkil etdiyi toy məclisi və onun ətrafında baş verən hadisələr bunun əyani sübutu oldu.
“AzPolitika.info” daha bir iri ranqlı məmurun - Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşkil etdiyi böyük ziyafətlə bağlı videogörüntülər əldə edib. Bu görüntülər icra başçısının Şəmkirdəki “Qəsr” restoranında 3-4 gün əvvəl təşkil etdiyi məclisdən çəkilib. Qeyd olunur ki, həmin məclisdə başçının türk qonaqları da iştirak edib. Onların kimliyi barədə dəqiq məlumat verilməsə də, həmin şəxslərin Alimpaşa Məmmədovun biznes ortaqları olduqları ehtimal edilir. Videodan da göründüyü kimi, məclis qapalı məkanda təşkil olunub, burada azı onlarla şəxs iştirak edib və bu zaman heç bir karantin rejimi qaydasına əməl olunmayıb. Hansı ki, karantin tələblərinə görə, ümumilikdə respublika üzrə qapalı məkanlarda məclislərin təşkili qəti qadağandır.
Qeyd edək ki, bir müddət əvvəl Alimpaşa Məmmədovun polislə birgə rayondakı yas mərasimlərinin birini necə “basdığına” dair videogörüntülər yayılmışdı. Həmin görüntülərdə icra başçısı məclisi təşkil edənləri Hacıbala Abutalıbovsayağı “Niyə belə edirsiniz, niyə belə olmalıdır” deyə hiddətlə qınamış, yas mərasimini dayandırmışdı. Onun təşkilatçıları isə cəzalandırılmışdı. Lakin təqdim etdiyimiz görüntülərlə Alimpaşa Məmmədovun camaatın yas mərasimindən çəkilmiş reklam xarakterli çıxışı arasında ziddiyyət var. Belə görünür ki, bütün qadağalar yalnız “qara camaat”a aiddir. Məmurlar, xüsusilə də yüksək vəzifəli məmurlar üçün isə heç bir qanun, qadağa mövcud deyil. Və bu adamları hətta Ramiz Mehdiyevin təşkil etdiyi məlum qalmaqallı toy məclisi ətrafında baş verənlər belə qətiyyən çəkindirmir!
Tahir
“AzPolitika.info”

Şərhlər
bunun kimi pis adam azerbaycanda yoxdu.
Burda Hüseyn adlı birisi yazır ki Əlimpaşa kimi təmiz, düz adam hələ doğulmayıb ay Şəmkir camahatı. Güya ki bu kadırlar Əlimpaşa müəllimi şərləmək üçündür. Kimə lazımdır bu şərləmə ? Heç utanmırsız ? Bu gün cəzalanmasa İcra başçısı, sabah hakmiyyəti devirmək kecəçək ürəyindən. Belələrin vaxtında 15 sutkaya basmaq lazımdır ki gələcəkdə Ramiz Mehdiyev kimi rusun cəsusu klub hakmiyyətə xəyanət ağlından keçməsin
burda bezi yaltaqlar var teriflemeyin Alimpasani komeksiz qadina qisda cibimden sene pulmu vermeliyem o usagi doganda fikirleserdin ki bunu saxliya bilecemmi deyen Alimpasadi butun Semkirin is mueesselerine girib buranin rehberi menem deyen Alimpasadi onu burda terifleyenlerde onun sukalari ve dosanlaridi
Bunu niyə DİN görməyib?tBəs kasıb insanların üzərinə qartal kimi yürüdülən polislər harada olub?Budurmu qanuni dövlət!
Derhal hers olunmalidir
Öncə bu mövzunun müəllifinə öz iradımı bildirmək istəyirəm - sadə vətəndaşları -qara caamat- qeyd edib təhqir etmək olmaz. Qaldı ki,mövzu haqqında lokanik fikrimi bildirmək istəyirəm. Neçə ki,ölkədə qanun şah deyil,şah qanundur belə ayrıseçkilik olacaqdır !
Bohtan xarakterli xeberdi.
ALLAH AQİL VERSİN
Onun sesine qulaq verin,neteride murdar ses cixardir.Toylarda .... bir muqenni 200 minlik rayona basciliq edir.Daqil a dunya daqil.
Yeni musavat qazeti də alimpasani berk berk mudafie edir.Saytlardan xahis edirki,onu bu cur biabir etmeyin.Musavat yazirki alimpas tirk herbicilerine cox kicik qonaqliq verirmis,yalancinin yalancinin birdə yalancinin.Alimpas turkler bura gelmemisden qavaq eys isretde olub ...
100 dilli, 1000 sifətli İcra Başçısı: bu nöş belə oldu alə!
Şəxsən bu kadrlar qara piardır,pandemiyadan əvvəlki dövrdə çəkilib.Alimpaşa Məmmədov işini elə qurub ki,nöqsansız işləyir,bilmirlər necə şərləsinlər.Hörmətli Şəmkir camahatı mən ölü olum,siz diri,nə bundan əvvəl ,nədə bundan sonra hec vaxt sizin rayona Alimpaşa və Fazil Məmmədov qədər xeyir verən şəxslər rəhbərlik etməyəcəklər.Onları qorusanızda öz işinizdir,şərləsənizdə.
Prezidentdən xahiş etmək lazımdır ki bu.... vaxtından əvvəl Respublikanın xalq artisti fəxri adını versin.
Görən bu məclisdə iştirak edən türklər kimlərdir.Bu nə şadyanaqliqdir?İcra hakimiyyəti Mətbuat yayimi aydinliq gətirsin.
Mən bir Şəmkirli kimi çox narahat oluram.Başçi belə şey edərmi? Bu həqiqətənmi Alimpaşa Məmmədovun İcra hakimiyyəti başçisi olan dövrdəki çəkilişidir?
alnız idarə edilməyən ölkədə belə hallar ola bilər.Çünki DTX.DİN,NK.belə işlərlə məşğul olmaqdan naməlum səbəbdənuzaqda dururlar.
Day sôzûm yoxdu bunnara Allah biler neyniyer !!!
Aha (((( belede olmalidi ((( pulluya beli , pulsuza deeli )))) Dûzelesi deyil bu memurlar ,,,, cox heyif milletden !!!