Menu

Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi

04.09.2020, 12:25
Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. "Report"un Muğan bürosu xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabirabad rayon Dövlət Yol Polisinin (DYP) rəisi, polis mayoru Elşən Əvəz oğlu Əzizov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Biləsuvar rayonu DYP rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, E.Əzizov əvvəl Lənkəran rayonu DYP bölməsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay bundan əvvəl Daxili İşlər nazirinin müvafiq əmri ilə Sabirabad rayonu DYP bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Şərhlər

Leytenant 2020-09-04 16:01:51

Başsız iarəçilik buna deyilir.Yıqin Sabirabadda yeni İcrabaşçısının namizədi varvə ya onu istəmir,o da xahiş edib nəyinsə hesabına başqa rayona göndəriblər.mma araşdırma aparılmalı,niyə və necə yer dərişmə baş verdiyini izahatetmək lazım idi.Bax,hesabatsızlıq belə hallara yol verir.

Eko 2020-09-04 15:42:21

Yaniiii ((( hadi bakalim

RT 2020-09-04 13:00:53

Yeni reis ????

Yengibar 2020-09-04 12:40:08

Nə gözəl xəbər, neçə illər gözlədik bu xəbəri, nə qədər xoşbəxt xalqıq biz.. Bunu niyə manşetə çıxarmırsınız? Hələ bizim məhlədə Jekdə arabaçı işləyən Slavikə yeni araba veriblər, niyə yazmırsınız? Yazıq sevindiyindən səhərə qədər təzə arabasını sürüb, sazlayıb...

.EJDER NAQILBAZ 2020-09-04 12:36:11

ha ha ha malades,,,ANALOQU OLMAYAN ISLAHATLARDIRRRRR

Fuad 2020-09-04 12:31:46

bu azad olmaq deyil yerdeyixmedi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol