Menu

QURBAN MƏMMƏDOVA MƏXSUS BİNA SÖKÜLÜR - Evləri, obyektləri boşaldılır + FOTOLAR

05.09.2020, 16:57
QURBAN MƏMMƏDOVA MƏXSUS BİNA SÖKÜLÜR - Evləri, obyektləri boşaldılır + FOTOLAR

Bakının Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4-6 ünvanında yerləşən qeyri-qanuni beşmərtəbəli tikili sökülür.

Tikilidə olan əşyalar çıxarıb məhəllədəki sığınacağa yerləşdirilib.

Tikintinin iki mərtəbəsi obyekt kimi, üç mərtəbə isə yaşayış evi kimi istifadə edilib.

Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən rayon İcra Hakimiyyətinin işçisi Nurlan Həsənov bildirib ki, tikili tam söküləcək.

Obyektin 1-ci mərtəbəsində yerləşən “Wellmax” şirkətinə məxsus avadanlıqlar və digər mərtəbələrdəki əşyalar da çıxarılıb.

Ərazidə təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, beşmərtəbəli tikili hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədova məxsusdur.

Mətbuatda yer alan məlumatlara görə, sözügedən bina Q.Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığı ilə verilib.  

Şərhlər

fizuli 2020-09-07 16:43:38

sokmekdense ehtiaci olan ailelere verilse daha yaxsi olardi

Rus məsəli, hay həvəsini 2020-09-06 10:27:04

Azərbaycanlı üçün hökm ediblər. BMT DQMV qərarından sonra belə yüzlərlə mülk viran edilib, bircə kənd belə qaytarılmayıb. Qarabağ ata yurdunu istəyənlər üçün:Бей своих, чтобы чужие боялись, hay tərəfdarlarını bir az da özümüzünküləri dağıtmağa, cəzalandırmağa ruhlandırır?

Ədalət 2020-09-05 22:19:21

İndi bildiniz ,kimdi hakimiyyəti söyənlərin sponsoru ?

bisavad 2020-09-05 21:54:15

Binanı sökmək əvəzinə ehtiyacı olan Azərbaycan vətəndaşlarına verilsə ədalətli olardı. Binaların viran olunmasını mən televiziyada görmüşəm. İşğalçılar Surayanın şəhərlərində binaları dağıtmışdılar. Dağıdılan bina Azərbaycan xalqının sərvətidir. Filarmoniyanı kim tikib, indi kimindir.

Amon 2020-09-05 21:21:04

Bu qurbannan qardasi serdar celaloglu coxdanin ....

Kələntər 2020-09-05 20:58:15

Bu cür yaraşıqlı binanı sökmə axmaqlıqdan başqa bir şey deyil.Qurbandan hayfınızı almaq istəyirsinizsə onu boşaldıb verin əmlak komitəsinə,sonra da çıxarın hərraca.

t.ədalət 2020-09-05 19:37:23

Bu gün Qurbanınkı sökülür,sabah da başqasınkı söküləcəkQisasçılıq olan ölkələrin gələcəyi olmur.

miri 2020-09-05 18:16:30

Baş tutmayan siyasi layihənin sonu...

omar 2020-09-05 17:43:19

Haynan gələn,huynan gedər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol