Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İntizam Komissiyasının Əsasnaməsi müzakirə olunub və payız sessiyası üçün plenar iclasa tövsiyə edilib".
"Report" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli bildirib.
O qeyd edib ki, layihədə başqa şeylərlə yanaşı, deputatların maliyyə hesabatı vermək öhdəliyi yazılıb:
"Qanun layihəsi qəbul olunarsa, maliyyə hesabatı verməyən deputatlar haqqında intizam icraatı başlana bilər".


Şərhlər
Bəs nazirlərin, komitə sədrlərinin, istirahətə göndərdiyiniz sabiqlərin maliyyə hesabatını niyə layihənizə salmamısınız?...
Deputat və bölmə rəisindən tutmuş hər bir dövlət məmuru işə başlayanda əmlakını və ailə gəlirlərini qeyd etdirməli, sonra hər rüb, ya ən geci ilin yekununa əmlak və maliyyə dəyişikliyi hesabını təsdiq etdirməlidir.
Daha sonra qanun lahiyəsinin qəbul olunması üçün səs verməyən deputatların adları açıqlanmalıdır