Menu

Nigeriyada avtobus çaya düşüb, 15 nəfər ölüb

20.09.2020, 14:53
Nigeriyada avtobus çaya düşüb, 15 nəfər ölüb

Nigeriyanın Ebonyi ştatında avtobusun qəzaya uğrayaraq çaya düşməsi nəticəsində 14nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb. “Report” bu barədə yerli KİV-ə istinadə xəbər verir.

Xilasedicilər avtobusu çaydan qaldırdıqdan sonra oradan 14 cəsəd çıxarıblar. Daha 13nəfər hələ də itkin düşmüş hesab olunur.

Məlumata görə, avtobusda 30-dan çox sərnişin olub. Ölkə prezidenti M.Buhariölənlərin ailələrinə baş sağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol