ŞƏHİDİMİZ DOĞULDUĞU KƏNDDƏ DƏFN EDİLDİ - Fotolar + VİDEO (Yenilənib)

Sentyabrın 20-i axşam saatlarından etibarən cəbhə bölgəsində gərginlik başlayıb. Dünən saat 23 radələrində ermənilərin hərbi Pilotsuz Uçuş Aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.

Bu gün səhər saatlarında Tovuzun Əlibəyli istiqamətində Azərbaycan ordusunun kiçik çavuşu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Musavat.com-un Tovuza ezam olunan reportyorları xəbər verir ki, günorta saatlarında şəhidimizin nəşi Qaziqulu kəndindəki evinə gətirilib. Şəhidimizin evi önündə böyük izdiham yaşanıb.

Daha sonra isə şəhid Elşən Məmmədovun nəşi dəfn edilməsi üçün məzarlığa aparılıb. Şəhidimizin dəfnində də böyük izdiham yaşanıb. 

Hərbiçilərimiz, vətəndaşlarımız şəhidimizin nəşini 5 kilometrdən çox məsafədə çiyinlərində daşıyıblar. Elşən Məmmədov onların da iştirakı ilə torpağa tapşırılıb.  

***

Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Elşən Məmmədovun nəşi Qazqullar kəndinə yaşadğı evə gətirilib.

Dəfn məsarisminə hazırlıq görülür.

AzPolitika.info


635x100

Şərhlər

Xalq 2020-09-21 21:02:36

Allah rəhmət eləsin!

Son yazılar