Menu

Qənirə Paşayeva deputatları maaşlarını Orduya bağışlamağa çağırıb

30.09.2020, 12:44
Qənirə Paşayeva deputatları maaşlarını Orduya bağışlamağa çağırıb

“Biz əməkhaqqımızın böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, indi Dövlətimiz, Ordumuz güclüdür: “Ancaq bizim indiki dəstəyimiz çox önəmlidir. Eyni zamanda qanvermə aksiyalarında iştirak çox vacibdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol