Yaponiya Cənubi Kuril üzərində tam suverenliyini bəyan edib

Yaponiyanın Baş naziri Yosixide Suqanın Rusiya prezidenti Vladimir Putinlə ilk telefon danışığından sonra, Tokionun Moskva ilə münasibətlərdə hansı siyasi xətti seçəcəyi məlum olub. Bunu Yaponiya Nazirlər Kabinetinin yeni Baş katibi Katsunobu Kato xarakterizə edib.

Onun başlıca mesajlarından biri də bu olub ki, Yaponiya şimal əraziləri (hazırda Rusiyanın əlində olan cənubi Kuril) üzərində tam suverenliyə malikdir.

Yaponiyanın «NHK» teleradio şirkətinin verdiyi xəbərə görə, Katonun çıxışının əsas tezisləri ondan ibarətdir ki, Tokio ərazi probleminin həlli ilə paralel Moskva ilə müxtəlif sahələr üzrə münasibətləri inkişaf etdirmək istəyir.

«Biz, Yaponiya-Rusiya münasibətlərindəki problemləri gələcək nəsillərin çiyninə yükləmək istəmirik. Yaponiyanın Rusiya ilə ərazi problemlərinin həlli və sülh müqaviləsini imzalanması kursunda dəyişiklik yoxdur. Bizim ölkəmiz şimal əraziləri üzərində tam suverenliyə malikdir.

Yaponiyanın bu mövqeyində - Rusiya ilə sülh danışıqlarının predmeti bütün 4 adanın Yaponiyaya qaytarılmasından ibarətdir - heç bir dəyişiklik yoxdur» - deyə, yapon siyasətçi mətbuat korfransında billirib.

«Biz, gələcəkdə Rusiya ilə münasibətləri inkişaf etdirmək istərdik - sülh müqaviləsinin bağlanması da daxil olmaqla» - deyə, Kato əlavə edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar