Menu

Avropa Birliyi nəhayət, Belarusa sanksiyaları razılaşdırdı - Siyahıda 40 məmurun adı var...

02.10.2020, 14:12
Avropa Birliyi nəhayət, Belarusa sanksiyaları razılaşdırdı - Siyahıda 40 məmurun adı var...

Avropa Birliyi (AB) liderləri Belarusda 9 avqust prezident seçkisinin saxtalaşdırılması və etirazçılarla qəddarlıqla divantutmaya görə 40 məmura sanksiya planını razılaşdırıb.

"AzPolitika.info" Qərb mətbuatına istinadən xəbər verir ki, oktyabrın 2-də erkən saatlara qədər davam etmiş sammitdə AB liderləri Kiprin yaratdığı diplomatik çıxmazı yoluna qoyaraq Belarusla bağlı yubadılmış sanksiya paketi üzrə razılığa gəliblər.

“Bu gün sanksiyaları icra etmək qərarına gəldik”, – Avropa Şurasının Prezidenti Şarl Mişel Brüsseldə samitdən sonra jurnalistlərədeyib. Mişelin sözlərinə görə, oktyabrın 2-dən Belarusun 40 məmurunun aktivlərinin dondurulması və səyahət qadağaları qoymaq üçün xüsusi prosedur başlanacaq.

Belarusda 9 avqust seçkisindən sonra rəsmilər Alekaksandr Lukaşenkanın prezident seçildiyini elan ediblər. Müxalifət seçkinin nəticəsini qəbul etmir. Ölkədə kütləvi etirazlar keçirilib. Ancaq Lukaşenkanın adı sanksiya siyahısında yoxdur. AB diplomatların onun siyahıya daha sonra salına biləcəyini söyləyiblər. Britaniya və Kanada Lukaşenka daxil olmaqla artıq Belarus məmurlarına sanksiyalar tətbiq edib. AB seçkinin nəticəsini qəbul etməyib.

“Nümayişçilərə və müxalif siyasətçilərə divantutmaya görə məsuliyyət daşıyanlar cəzasız qalmayacaqlar”, – Avropa Komissiyasının Prezidenti Ursala von der Leyen deyib.

Xatırladaq ki, Kipr Türkiyə ilə dəniz sərhədləri mübahisəsinə görə sanksiyaları əngəlləyir, Türkiyəyə qarşı da sanksiyalar tələb edirdi. Bu diplomatik baryeri aradan qaldırmaqdan ötrü AB liderləri Kiprə və Yunanıstana güclü dəstək ifadə edən bəyanata razılaşıblar. Türkiyəyə isə mübahisəli ərazilərdə qazma işlərini davam etdirməmək üçün xəbərdarlıq olunur. Dekabrda gözlənən sammitdə Şərqi Aralıq dənizində Türkiyə ilə mübahisədə hansı irəliləyişin əldə olunduğu dəyərləndiriləcək.

“İndi Türkiyə sübut etməlidir ki, bizimlə konstruktiv yolda addımlamaq istəyir… Çox aydın şəkildə deyirik ki əks halda sərəncamımızda hər cür alət var”, – von der Leyen deyib.
AB ilə Ankaranın münasibətlərinin onsuz da gərgin olduğu bir dövrdə Türkiyə iyulda mübahisəli sulara tədqiqat gəmisi göndərib. Afina isə buna cavab olaraq Fransanın dəstəyilə hərbi oyunlar keçirib. Türkiyə və Yunanıstan sonradan çoxdan dayanmış danışıqları bərpa etməyə razılaşıblar. Özəlliklə Almaniya NATO-nun iki üzvü arasında problemin diplomatik həllində israr edir.

AlmaniyanınKansleri AngelaMerkel deyibki, gərginliyiazaltmaqcəhdləriirəliləyərsə, qaçqınsiyasətivəticarətdaxilolmaqlaTürkiyəiləkonstruktivmüzakirələrə ümidvardır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol