Menu

"DÜŞMƏNİN MÜQAVİMƏTİ QIRILIB VƏ ORDUMUZ İRƏLİ GEDİB" - Müdafiə Nazirliyi

02.10.2020, 15:12
"DÜŞMƏNİN MÜQAVİMƏTİ QIRILIB VƏ ORDUMUZ İRƏLİ GEDİB" - Müdafiə Nazirliyi

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam edir".

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, gecə ərzində və bu dəqiqələrdə cəbhənin bütün istqimətlərində döyüş əməliyyatları davam edir: "Düşmənin şəxsi heyəti arasında qorxu dərin ruh düşkünlüyü yaradır. Uğurlu əməliyyat nəticəsində Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Füzuli istqiamətində düşmənin müqaviməti qırılıb və Ordumuz irəli gedib. Murov dağı istqəmətində də əməliyyat şəraiti nəzarət altındadır".

Şərhlər

Gülşəm 2020-10-03 15:06:43

İnşallah Allah güc qüvvət versin əsgərlərimizə amin

Kamal 2020-10-03 10:47:07

İnşallah esgerlerimiz sağ salamat evlərinə dönsün

Aidə əsgırova 2020-10-03 08:54:18

İnşallah ordumuz qələbə calacaq o gun yaxındadı

Vətəndaş 2020-10-02 15:26:42

İNŞALLAH İNŞALLAH! ALLAH KÖMƏY OLSUN HƏR BİR ƏSGƏRİMİZƏ, ALLAH QORUSUN CAVANLARIMIZI

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol