Menu

"Beşiktaş": "Tək deyilsən, Azərbaycan"

04.10.2020, 13:50
"Beşiktaş": "Tək deyilsən, Azərbaycan"

Türkiyənin "Beşiktaş" klubu növbəti dəfə Azərbaycana dəstək olub.

"Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabından paylaşım edilib.

"Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Vodafone Park" stadionunun tribunasında Azərbaycan və Türkiyə bayrağı yerləşdirilib. Tribundakı pankartda "Bir millət, iki dövlət, Tək deyilsən, Azərbaycan" yazılıb.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının IV turunda evdə "Genclerbirliyi" ilə üz-üzə gələcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol