Azərbaycan Ordusunun uğurlu əks həmləsi ilə 30 ildir işğal etdiyi torpaqlarımızda möhkəmlənən erməni separatçı və terrorçu qüvvələri geri atılır. Azərbaycan dövləti artıq bir həftədən çoxdur ki, həm hərbi, həm də diplomatik səhnədə mübarizə aparır.
“AzPolitika.info” sentyabrın 27-də Azərbaycan Ordusunun separatçılara qarşı başlatdığı əməliyyat, bunun diplomatiya tərəfləri və gözləntiləri politoloq, Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə ilə müzakirə edir.
- Hikmət bəy, Azərbaycan Ordusunun öz ərazisində separatçılara qarşı başlatdığı əks-hücum kampaniyasının birinci həftəsi başa çatıb. Təəssüratlarınız necədir?
- Mənim xüsusi məlumat mənbələrim yoxdur. Dövlətin verdiyi informasiyalara arxalanaraq deyə bilərəm ki, Azərbaycan Ordusunun başladığı hərbi əməliyyatlar uğurlu inkişaf etdirilir. Açığı, biz də həyəcan içindəyik. Müharibə gedir, biz ordumuza uğurlar arzu edirik. Hələ ki, hər şey yaxşı gedir.
- Yəqin siz həm erməni, həm də rus mediasına baxırsınız. Qarşı tərəfin davranışlarını necə qiymətləndirirsiniz?
- Onlar həmişəki kimi vay-şüvən yaradırlar, “biz mədəniyik, onlar barbardır”, “bizi öldürürlər” kampaniyasını aparırlar. Yəni ənənəvi erməni şüvənliyini müşahidə edirik. Eyni zamanda, çox təəssüflər olsun ki, Rusiya media resursları, bəzi ziyalıları, ictimai fiqurları erməni tərəfini tutur, Azərbaycan və Ermənistanı bir səviyyəyə qoyurlar. Tərəfləri atəşkəsə dəvət edirlər. Erməni işğal olunan ərazilərdən çıxmalıdır tipli tələblər az gəlir. Bu məni narahat edir. Tövsiyəm budur ki, bizim hökumət məlumat siyasətini və çıxışlarını mükəmməlləşdirsin. Yəni durub birdəfəlik “yox, bizə danışıqlar lazım deyil” tipli bəyanatlar lazım deyil. Ola bilsin ki, bir qədər artıqdır. Vacibi odur ki, Azərbaycan öz işini görsün. Yoxsa belə getsə sonda bizə qarşı mənfi fikir yaranacaq. Erməni tərəfi əvvəllər deməsə də, indi başlayıblar ki, biz danışıqlara hazırıq.
Mən dünya televiziyalarına baxıram. Əfsuslar olsun ki, qərbdə də bəzi ziyalılar bizim tərəfimizdə deyil, daha doğrusu dərdimizi anlamırlar.
- Axı Azərbaycan danışıqlardan qaçmır, açıq elan edir ki, BMT-nin qətnamələri yerinə yetirilsin...
- Mən demirəm ki, əməliyyatları dayandıraq. Deyirəm ki, öz işinizi görün, irəliləyin, vurun, dağıdın. Ancaq danışanda biraz erməni kimi danışın. Bunu deyirəm.
- Ermənilər Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri endirib. Dediyiniz şəxslər, təşkilatlar və ya qurumlar ermənilərin bu vəhşiliyini görmürlərmi?
- Onlar görürlər. Erməni də vay-şüvən yaradır ki, Azərbaycan Xankəndini bombalayıb, bizi qırırlar və s. Burada artıq kim birinci başlayıb məsələsi işləmir. Bizim üçün hər şey aydındır. Amma onların mövqeyi erməni tərəfdədir. Bu ya xristian təəssübkeşliyindən, ya mədəniyyət birliyindən gəlir. Hər halda onların çıxışlarında Azərbaycanın haqlı mövqeyi ya başa düşülmür, ya da qəsdlə mənfi rəy yaradırlar. Ona görə də məsləhətim budur ki, irəliləyək, vuraq, amma çıxışlarda başqa cür olaq.
- Alman Bundestaqı, İngiltərə parlamenti faktiki Azərbaycanı dəstəkləyib, ABŞ-da prezident administrasiyası səviyyəsində mənfi rəy yoxdur, Rusiya faktiki neytrallığını saxlamalı olub. Bunlar yetərli deyilmi?
- Onlar bizim ərazi bütövlüyümüzü tanıyırlar, amma bütün bəyanatlarının sonunda deyirlər ki, mübahisə sülh yolu ilə həll edilməlidir. Biz də onlara cavab kimi “qələt edirsiniz, biz sona qədər vuruşacağıq” deməli deyilik. Buna ehtiyac da yoxdur.
- Axı onlar başqa söz deyə, elan edə bilməz ki, gedin dalaşın. Dipomatiyanın dili elə bu cür olmamaldırmı?
- Yox, deyə bilərlər. Konkret olaraq BMT nizamnaməsi, beynəlxalq hüquq əsasında demək olar ki, Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır. Elə də demək olar, amma demirlər. Türkiyədən başqa heç kəs demir.
- Hərbi və diplomatik cinahda gedən savaşın indiki mərhələsində proqnozunuz nədir?
- Mən rəsmi xəbərləri izləyirəm, əlavə informasiyam yoxdur. Belə davam etsə və ən əsası, Rusiya neytral qalmaqda davam etsə, biz ermənini üstələyəcəyik. Amma bilmirəm, rus dayanacaq, yoxsa saman altından su yeridəcək. Eləcədə, İran vasitəsilə ora silah daxil olacaq, ya yox. Bunlar da vacib məsələlərdir.
- Cəbrayıl rayonun işğaldan azad edilməsindən bir neçə saat əvvəl İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdırlar və işğalın sona çatması bölgədəki sabitliyin qarantı olacaq...
- Çox müsbət haldır. Sağ olsunlar, amma biz İrandan da Türkiyənin mövqeyinin təkrarlanmasını gözləyirik. Və sonda deməsinlər ki, problemin sülh yolu ilə həlli vacibdir.
- Sizcə, Rusiya neytrallığını hansı ana qədər qoruyacaq?
- Ehtimalım belədir ki, Azərbaycan Ordusu Xankəndini götürmə anına gəldikdə onlar bitərəflik pozisiyasından çıxacaqlar. Ancaq hələ ki, neytraldır. Amma Dağlıq Qarabağ kartının əllərindən çıxmasına imkan verməməyə çalışacaqlar. Mənə elə gəlir ki, biz Xankəndinə çatanda bir qədər ağır olacaq. Amma bu o demək deyil ki, mən yüz faiz haqlıyam. Ola bilsin ki, tam fərqli oldu və ruslar neytrallığını sonadək qorudu.
- Necə hesab edirsiniz, Azərbaycanın hərbi yolla problemi həll etməsi üçün daha nə qədər zamanı var?
- Bunu mən deyə bilmərəm. Sadəcə olaraq hesab edirəm ki, Azərbaycan olaraq biz düzgün diplomatik və informasiya siyasəti aparsaq, vaxtımız çox olacaq. Yəni demək istəyirəm ki, hədə-zorba dilini gücləndirməməliyik, nəsə başqa bir şey fikirləşmək, hərbi vaxtımızı uzatmaq lazımdır.
Bilirsinizmi, onların 3 müdafiə xətti var. Azərbaycan birinci xətti yarıb, indi ikincisini yarmağa çalışırıq. Hər şey son nəticədən asılıdır. Əsas odur ki, davam edək. Amma erməniləri tam olaraq Dağlıq Qarabağdan silib atmaq məsələsinə gəldikdə məncə beynəlxalq aləm bizə qarşı çevriləcək. Ona görə bu amili nəzərə almaq, işimizi görəndən sonra danışmaq daha xeyirlidir. Məsələn, qeyd edim ki, ABŞ Konqresi 30-40 gün əvvəl açıq bəyan etmişdi ki, Azərbaycan Ermənistanın, Ukrayna Rusiyanın və Gürcüstan Rusiyanın aqressiyasına məruz qalıb. ABŞ-da həm də seçkilərdir. Onlar düşünür ki, pobleminizi özünüz həll edin. Ümumən çalışır ki, dünyada süpügə rolunu azaltsın.
Əlbəttə, burada Türkiyənin roluna diqqət etməliyik. Türkiyənin regionda aktiv iştirakı olmasaydı bizim əməliyyatlarımız da olmazdı. Türkiyə Rusiyanı faktiki neytrallaşdırdı. Başqa sözlə, “siz qarışmayın, biz də qarışmayacağıq” prinsipi işlədi. Bizim arxamızda durdu, dəstək verdi. Biz 30 ildir bu anı gözləyirdik. Nəhayətdə bu reallaşdı. Türkiyənin rolunu çox pozitiv qiymətləndirirəm.
- Bir neçə gün əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rus mediasına bildirib ki, əgər Rusiya prosesə müdaxilə etsə Azərbaycanın müttəfiqi Türkiyə də müdaxilə edə bilər. Sizcə, bu baş verə bilərmi?
- Məncə, bu mümkün olsa da, çox az ehtimal olunan hadisədir. Yəqin ki, Türkiyə və Rusiya öz aralarında danışıb və heç biri baş verənlərə mane olmayacaq. Mümkündür ki, altdan-altdan işləyəcəklər. Hər halda Cənubi Qafqazda rus-türk qarşıdurması ehtimalı azdır.
- Azərbaycan aran Qarabağı işğaldan azad necə bir situasiya yaranacaq?
- Əvvəla, bu çox böyük qələbə olacaq. Dağlıq Qarabağın məsələsi gəldikdə dünya ölkələri, maraqlı qüvvələr ortaya düşməyə başlayacaq. Biri muxtariyyət məsələsini qaldıracaq, başqası azərbaycanlıların ora qayıdıb-qayıtmamasını, başqası “yazıq ermənilərin” vəziyyətini gündəmə gətirəcək. Hər halda bizə çətin olacaq. Amma mümkünsüz iş də yoxdur. Məncə, ermənilər ağ bayrağı o zaman qaldıracaq ki, Azərbaycan Ordusu Ermənistanla üz-üzə duracaq. Amma bizim belə planlarımız yoxdur. Sadəcə Ermənistan çalışacaq ki, danışılara gəlsin, konstruktiv mövqe tutsun.
Biz 7 rayonu götürsək, faktiki qalib tərəf olacağıq. Yəni biz udacağıq. Üstəlik, erməni tərəfi bu halda konstruktiv danışıqlara daha çox cəhd edəcək. Bu faktiki bizim qələbəmiz olacaq.
Vaqif NƏSİBOV
“AzPolitika.info”

Şərhlər
Hörmətli Vaqif müəllim, Alman Bundestaqınin Azərbaycanın ərazi bütövlüyüynü dəstəkləməsi fikri absurddur. Birincisi, alman xarici siyasətini və alman dövlətinin mövqeyini Bundestaq deyil, xarici işlər nazirliyi və başnazir Merkel həyata keçirir və formalaşdırır. İkincisi, Bundestaqın qətnamələrini qannlardan fərqləndirmək lazımdlr, qətnamələr məsləhət xarakteri daşıyır. Üçüncüsü, bildiyimiz qədər, laman Bundestaqında Azərbaycana aid qəbul edilən qətanələrin əksəriyyəti ermənipərəstdir və Azərbaycanımızın əleyhinədir. Gəlin, özümüzü aldatmayaq.
t.ədalət son vaxtlar açıqca Rusiya Azərbaycanın arasını vurmağa çalışan düşmən qüvvəıər kimi çıxış edir?
lazım olan anda 55-60 yaşlı saqlam hərbi mükəllifiyətlilər də cağrılmalıdır . təki bu dığalardan birdəfəlik canımızı qurtaraq . yoxsa yenə haykanuşları bizimkilərə sırayıb işlərini görəcəklər
Cenab Hikmət Hacızadə, Ermenistan oz erazisinden Azerbaycanin sheherlerini, kendlerini INTENSIV raket ve top ateshine tutur ve DINC EHALI AQIR XESARETLER ALIR, sual olunur, NIYE, Putin, Makron, Tramp, AYIRD ETMEK ISTEMIR, FERQ QOYMUR, ISHQALCHI Ermenistan ve ISHQALA MERUZ QALMISH Azerbaycan arasinda, NIYE, BMT - nin MEHKEMESINDE , ishqalchi Ermenistan rehberleri MESULIYYETE CELB OLUNMAYIB, Ermenistanin mudafiye naziri ve Daqliq Qarabaqin ermeni separatchi rehberlerinin HEBS EDİLMİR ??? ?????? Putin ve Makron BMT - nin MEHKEMESINDE ve BEYNALXALQ HERBI TRIBUNALDA MESULIYYETE CELB OLUNMALIDIRLAR, Azerbaycan XALQINA QARSHI TORETDIKLERI CINAYETLERE GORE ve LAYIQLI CEZALARINI ALMALIDIRLAR !!!
Cenab Hikmət Hacızadə, Ermenistan oz erazisinden Azerbaycanin sheherlerini, kendlerini INTENSIV raket ve top ateshine tutur ve DINC EHALI AQIR XESARETLER ALIR, sual olunur, NIYE, Putin, Makron, Tramp, AYIRD ETMEK ISTEMIR, FERQ QOYMUR, ISHQALCHI Ermenistan ve ISHQALA MERUZ QALMISH Azerbaycan arasinda, NIYE, BMT - nin MEHKEMESINDE , ishqalchi Ermenistan rehberleri MESULIYYETE CELB OLUNMAYIB, NIYE, ishqalchi Ermenistanin mudafiye naziri ve Daqliq Qarabaqin ermeni separatchi rehberlerinin HEBS EDİLMİR ??? ?????? Putin ve Makron BMT - nin MEHKEMESINDE ve BEYNALXALQ HERBI TRIBUNALDA MESULIYYETE CELB OLUNMALIDIRLAR, Azerbaycan XALQINA QARSHI TORETDIKLERI AQIR CINAYETLERE GORE ve LAYIQLI CEZALARINI ALMALIDIRLAR !!!
Bu münaqişəyə işğalçı Ermənistan və DQMV hərbi terrorçuları Məhkəmələrdə mühakimə olunana qədər qalibdirlər, Azərbaycan isə ən yaxşı halda DQMV ermənilərini ora göndərməklə Ermənistanla bərabərliyə(status-kvoya) nail ola bilər? Elə, bu halda da 30 il canlı əhal və təsərrüfat itgiləri 50 ilə bərpa olunsa böyük işdir!
Sizin meqsediniz nedi ruh duskunluyu yaratmaga calisirsiz.siz rusiyada sefir oldugunuz ucun rus meyilli cixislar eliyirsiz buna son qoyun.qelebe bizimdi
Şükür bu günkü günə.Düşmən düşmən deyə bilmirdik,düşmənə güllə ata bilmirdik. ALLAH TÜRKİYƏNİ QORUSUN, möhkəmlənən kimi bizə dayaq oldu.
Təssüf ki, Özünü "siyastəçi" hesab edən bəzi bu kimi adamlar bircə danışmağı bilirlər. Bacarırsan sən də bir tərəfdən cavablarını ver, görüşlər keçir, anlat başarmırsan yol göstərmə. Guya onları təkcə sən düşünürsən. Ölkə Başçısının son çıxışından göründüyü kimi, senin kimilərin tesevvür belə etmədiklərini ölkə başçısı bütün detallarına qədər nəzərə alır və kifayyət qədər bu məsələdə bilgiyə və iradəyə malikdir. Odur Ki, sizlər danışmaqdan danışmasanız yaxşıdr yaxşıdır
Bu da lap Solovyovun qonaqları kimi danışdı.Hemise sənin müsahibələrini izləmişəm rus persetliyini gizlətmirsen heç vaxt ..Almayın bu adamdan müsahibə Tofiq Zülfüqarov , Eldar Namazov səndən qat qat düzgün təhlil edir hadisələri ..Sən açıq aydın Ruspersetsen....
Hikmət bəy necə səfir olubsa, o cürə də şərh verir. Ни рыба, ни мясо.
Hikmət bəy necə səfir olubsa, o cürə də şərh verir. Ни рыба, ни мясо.
Ay Hikmət Hacızadə,erməni ağ bayrağı çoxdan qaldırmaq istəyir.Ancaq onun əlindən tutub bayrağı qaldırmasğa qoymayan Rusiyadır.Gəncəyə,Mingəıçevirə atılan raket və mərmilər də Rusiyanın planıdır.İstəyirlər ki,"beşinci kolon" və rusbaşlar ayağa qalxıb dövləti atəşkəsə çağırsınlar.Yoxsa,ermənistan çoxdan məğlub vəziyyətdədir.
XOCALINI YADA SALIB BU VƏHŞİ MİLLƏTİ XANKƏNDİNDƏ ELƏ BOMBALAMAQ LAZIMDIR Kİ,ORADA 1 DÜŞMƏN TOXUMU DA QALMASIN. ALLAH ƏSGƏRLƏRİMİZİ QORUSUN,QANİÇƏN DÜŞMƏNİMİZİ TORPAQLARIMIZDAN ÇIXARSINLAR.
sizinlə razəyam, məndə deyirəm ki bəzi yazılar və bəyanatlar düşmənin xeyrinə işləyir