Ermənistan rəhbərliyi öz xalqını təhqir etməyə başladı - Fərariliyin qarşısını ala bilmirlər

Ermənistanın hərbi rəhbərliyi çaşqınlığını və məyusluğunu gizlətməkdə çətinlik çəkir. Aqoniya və isterika içərisində olan Ermənistan rəhbərliyi artıq öz xalqının kişi cinsindən sayılan kəsimini təhqir etməyə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi sözçüsü Artsrun Ovannisyan öz sosial şəbəkə səhifəsində erməni kişilərini qeyrətli olmağa çağırıb.

Erməni qadınlarını erməni kişilərinə misal göstərən A.Ovannisyan onları qadınlara layiq olmağa, ləyaqət göstərməyə dəvət edib: “Maşınlara bayraq asıb patriotik mahnılar oxudaraq İrəvan küçələrində şütüməklə qələbə yaxınlaşmır.”

Müdafiə Nazirliyinin sözçüsü deyib ki, onun tələbələri olan qızlar könüllülər dəstəsinə yazılır, hətta onların arasında “canlı bomba” olmaq istəyənlər də var: “Erməni qadınlarına layiq olun. Artıq 20 gündür 18-25 yaçında əsgərlər və zabitlər ön cəbhədə ölümlə üz-üzə dayanırlar. Onlara layiq olaq.”

Bununla da nazirlik sözçüsü əslində ermənilərin hərbi səfərbərlikdən, orduya könüllü qoşulmaq çağırışlarından boyun qaçırdığını etiraf etmiş olub.

Göründüyü kimi, Ermənistanın hərbi rəhbərliyini cəbhədəki uğursuzluq bir tərəfdən, erməni kişilərinin fərariliyi isə digər tərəfdən çıxılmaz vəziyyətə salıb.

Bütün çağırışlara baxmayaraq, ermənilərin döyüş xəttindən qaçması, döyüşə yararlı ermənilərin isə cəbhəyə yollanmaqdan boyun qaçırması, fərarilik etməsi Ermənistan rəhbərliyini öz vətəndaşlarını təhqir səviyyəsində aşağılamasına səbəb olub. 

Və göründüyü kimi, erməni kişilərinin ölkəni tərk etməsinə qoyulan qadağalar, səfərbərlik tədbirləri və s. heç cür məğlubiyyətin, eləcə də ermənilər arasında fərariliyin qarşısını ala bilmir.

Cəlal

AzPolitika.info 

635x100

Şərhlər

B.Qarabağlı 2020-10-17 23:05:28

ERMƏNİNİN QANTÖKƏN VƏHŞİ İŞGAlÇI HƏRBÇİSİ olmaqdansa fərari kimi günahkar İNSAN olması yaxşıdır!

Son yazılar