DÜŞMƏNİN HƏRBİ HİSSƏSİ ƏLƏ KEÇİRİLDİ! - VİDEO

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. 

Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.


Onu da qeyd edək ki, dünən də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub.

 Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-10-18 12:43:26

Baxdıqca Azərbaycan Oir də cəlb edən o ki, bu yaşayış məskənlərini ermənilər kimə sökdürüblər. Çünki, buna onların nə texniki, nə də cismani gücləri yetməzdi. Həmin rayonlar alınan zamanlara mətbuatda gedirdi ki, ermənilər o tikililəri İranlılara satıb sökdürüblər. onlarda söküb İrana daşıyıblar. Lütfən bu vandalizmi də unutmayaq.rdusunun qələbələrinə qürur dyuruq. lakin məni bu vidyolarda diqqətimi b

Şaiq 2020-10-18 12:37:31

Sizinlə qürur duyuruq. Eşq olsun Sizlərə. Bu kaftarları it kimi qovun.

Vətəndaş 2020-10-18 12:28:52

Qaçan düşməni qovmaq lazımdır sona qədər.

Son yazılar