ERMƏNİSTANIN “NƏFƏSLİYİ” DARALIR! – İşğalçının müharibədən öncəki hesablamaları nədən özünü doğrultmadı?

Ermənistan hərbi birləşmələrinin böyük hissəsi bütün cəbhə boyu silah, sursat və texnikasını döyüş meydanında qoyaraq qaçmağa məcbur olur. Düşmən məğlubiyyətə uğradığı və döyüş ruhu sındığı üçün hər vəchlə vaxt qazanmağa və bu müharibəni beynəlmiləlləşdirməyə cəhd göstərir.

Ümumiyyətlə, Nikol Paşinyanın strateji baxımdan ciddi ağıl yiyəsi olmadığı açıq görünür. Ancaq Paşinyan elə zənn edir ki, onun özündən olsa hiyləgər, əslində isə bəsit taktikasını anlayan yoxdur. Əslində isə onun planlarını hətta siyasi cəhətdən naşı olanlar da yaxşı başa düşürlər. Özlərini daim zavallı və məsum göstərməyə çalışan ermənilər müharibə başlayandan indiyədək ümid bəsləyirlər ki, nəhayət, bu savaşda kimsə onların tərəfini saxlayacaq və müharibəyə qoşulacaq. Konkret desək, onlar Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü kimi müharibəyə müdaxilə edəcəyini gözləyirlər. Ancaq ilk günlərdən Vladimir Putin açıq şəkildə deyib ki, müharibə Ermənistan ərazisində getmir. Əslində, bununla da Paşinyan anlamalıydı ki, ortada Türkiyə faktoru var... 

İki yüz illik Rusiya nəzarətinə son qoyulur?

Çar Rusiyası hələ 19-cu əsrdə Qafqazı ilhaq edəndən sonra yerləşdiyi məkanda möhkəmlənmək və təhlükəsizliyini təmin etmək üçün xüsusi plan hazırlamışdı. Həmin plana əsasən hər hansı millətin geniş arealda monoetnik və kompakt şəkildə yaşamasının qarşısı alınmalıydı. Ona görə də erməniləri İrandan gətirib bizim torpaqlara soxdular. Bu, perspektivdə etnik münaqişə törətmək üçün vacib faktora çevriləcəkdi. Düzdür, Rusiya imperiyası öz quberniyalarında lüzumsuz yerə milli münaqişə yaratmazdı. Lakin bu imperiya eyni zamanda, ermənilər kimi təxribata və separatçılığa böyük meyli olan millətin pozuculuğunun hər an kara gələcəyini çox gözəl bilirdi. Sonradan elə Sovet İttifaqı da milli məsələdə Rusiya imperiyasının yoluyla getdi. SSRİ dağılandan sonra o zamankı Rusiya hakimiyyəti Dağlıq Qarabağın və ətraf rayonların ermənilərin əlinə keçməsini təmin etdi. Həmin dövrlərdə Rusiya özünü elə aparırdı ki, sanki vəziyyətə müdaxilə etməyən tərəfdir. Lakin onun 1994-cü ildə iki ölkə arasında atəşkəs müqaviləsi imzalanmasındakı başlıca məqsədi heç də münaqişənin həll olunması deyildi. ATƏT-in Minsk Qrupunun “əbədi danışıqlar” prinsipi isə Rusiyanın maraqlarına xələl gətirmirdi. Əslində, indi də Moskva ümumi vəziyyətin əvvəlki kimi öz yerində qalmasının əleyhinə olmazdı. Amma iş ondadır ki, indi beynəlxalq vəziyyətdə dəyişikliklər baş verir. Avrasiya materikinin ortasında yerləşən Qafqazda təkcə bu bölgənin yox, daha geniş ərazilərin geostrateji müqəddəratı uğrunda ciddi mübarizə gedir. Bu arealda Rusiyanın yeganə güc kimi varlığını sürdürməsini qəbul etməyənlər var. Məsələn, Türkiyə otuz il bundan öncəkindən qat-qat güclüdür və bu illər ərzində hərbi-texnoloji baxımdan xeyli inkişaf edib. Sözsüz ki, avantürist erməni rəhbərlərindən fərqli olaraq Rusiya yaxşı başa düşür ki, artıq 1990-cı illər deyil, şərtlər dəyişib. Ona görə də, daha incə oynamağa çalışır. Deməli, unutmamalıyıq ki, tarixin məhvəri bizi əlverişli şərtlər mərhələsinə gətirib və bundan maksimum istifadə edilməlidir.

Əlbəttə, bütün bunlara baxmayaraq, vəziyyət çox mürəkkəbdir və hər şey döyüş meydanında həll olunur. Artıq təşəbbüs böyük ölçüdə bizim əlimizdədir. Lakin arxayınlaşmaq və sayıqlığı itirmək olmaz. İndi hadisələrin hansı ssenari üzrə cərəyən edəcəyi barədə müxtəlif mülahizələr səslənir. Ermənilər nə qədər yoxsul olsalar da, hər halda iyirmi altı il ərzində güclü müdafiə xətti yaratmışdılar. Hücum olunacağı təqdirdə “Ohanyan xətti” adlandırılan möhkəmləndirilmiş istehkam qurğuları Azərbaycan Ordusunun Dağlıq Qarabağa girişini əngəlləməliydi. Ermənistanın ağlı köhnə zamanlara getmişdi və düşünürdü ki, müxtəlif səpgili istehkamların köməyi ilə ordumuzu durdura biləcəklər və onların müdafiə xəttini yarmamız mümkün olmayacaq. Lakin yaxşı tərtib edilmiş hücum planında ən kiçik detalların da nəzərə alınması ona gətirib çıxardı ki, Ordumuz 20 gün ərzində düşmənin cənub istiqamətindəki bütün müdafiə xətlərini nəinki dağıtdı, hələ üstəlik xeyli sayda texnikanı və silah-sursatı da ələ keçirdi. İndi Azərbaycan Ordusunun önündə yeni perspektivlər açılır. Starteji mövqelər qazanmışıq və təşəbbüs tamamailə bizim əlimizdədir. Ermənilərin iri əks-həmlə planlarının olacağı inandırıcı görünmür. Onlar bir dəfə əks-hücum əməliyyatı həyata keçirməyə cəhd göstərdilər və nəticədə böyük itki verərək, döyüş meydanında çoxlu texnika və sursat qoyub qaçdılar. Yəqin bundan sonrakı mərhələlərdə yalnız müdafiə xarakterli tədbirlər görərərək, Azərbaycan Ordusunun nə edəcəyini gözləyəcəklər. Onların dinc əhaliyə qarşı raket hücumları isə təşviş yaratmağa və bizim Ermənistan ərazisindəki obyektləri vurmaqla onlara adekvat cavab verəcəyimizə hesablanıb.

Ermənistan nəyə arxayın idi?

Başda Paşinyan olmaqla Ermənistan hökuməti hadisələrin bu yöndə gedəcəyini öncədən proqnozlaşdırmamışdı. Onlar indiyədək fikirləşirdilər ki, əllərindəki böyük saylı sovet texnikası, qurduqları istehkam qurğuları və coğrafi mövqe üstünlükləri sayəsində Azərbaycanın massiv hücumunun qarşısını iki ay ərzində kəsə bilsələr, savaşdan qalib çıxacaqlar. Əgər bizim ordu əlahiddə müvəfəqiyyət qazanmasaydı, ermənilərin yalnız canlı qüvvə itkisi, çoxsaylı texnikasının sıradan çıxması, hətta iqtisadi və maddi sıxıntıları belə Ermənistanın ictimai-siyasi və hərbi mövqeyində köklü dəyişikliklərə gətirib çıxarmayacaqdı. Daha doğrusu, cəbhə xətti yarılmasaydı ermənilərin vəziyyətində strateji baxımdan mənfi heç nə baş verməyəcəkdi. Əksinə, “biz yenilməzik” şüarı ilə təbliğat gurultusuna başlayacaqdılar. Ermənistan hadisələrin məhz onların düşündükləri istiqamətdə gedəcəyinə tam əmin idilər. Lakin hazırda onlar gözləmədikləri fakt qarşısında çaşqın qalıblar.

Ermənilər görürlər ki, təriflədikləri ön xətləri yarılıb, döyüşlər artıq Dağlıq Qarabağın içərilərində gedir, Azərbaycan hərbi və mənəvi cəhətdən günbəgün yüksələn tərəfdir. Digər yandan isə ermənilərin canlı itkisi minlərlədir.

Bu 25 günlük döyüşlər nəticəsində Ordumuz da böyük təcrübə qazanıb. Yeganə mənfi tərəf isə relyefin çox mürəkkəb olmasıdır. Amma unutmayaq ki, biz “mənfi tərəf” deyəndə, məsələyə müəyyən mənada hipotetik yanaşırıq. Əlbəttə, coğrafi relyefin yaratdığı çətinliyi də aradan qaldıra bilərik və əksinə, düşməni daha da çıxılmaz vəziyyətə salarıq. Bu, əməliyyat-taktiki gedişlərlə həyata keçirilir.

Beləliklə,hərbi əməliyyatların birinci fazası başa çatıb. Nəzərdə tutulan strateji mövqe üstünlüyü əldə edilib. Sədəqə ilə yaşayan Ermənistanın düşdüyü vəziyyət isə getdikcə çətinləşəcək. Əslində bu, belə də olmalıdır, axı Ermənistan kvazi-dövlətdir və onun mövcudluğu yalnız Rusiyaya bağlıdır.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Selime 2020-10-26 00:08:32

Gün gelecek rus milleti ermenilerin ne qeder xain ve insanliqdan kenar olduqunu oz dilleri ile etiraf edecekler,o gün cox yaxindadir!

Pisi 2020-10-23 10:55:26

Pasinyan eslinde evvelki ermeni prezidentlerinden cox serfelidi bize cunki onun baslica meqsedi ermenistanin rusiyadan qopmasidi bunun ucunde ilk once qarabag qaytarilmalidi daha sonra rusiyanin herbi bazasi olkeden cixarilmalidi qarabag qayidir qayidacaq ancaq herbi baza meselesini yeqinki pasinyan gormuyecek onu o vaxta kimi rusiya devirecek.umumiyyetle bizde rusiyadan ne qeder tez uzaqlasa bilsek bir o qeder yaxsidi

Son yazılar