DÜŞMƏNİN XEYLİ CANLI QÜVVƏSİ VƏ HƏRBİ TEXNİKASI MƏHV EDİLDİ! - Yerdəyişmə etməyə hazırlaşırdılar + VİDEOLAR

Azərbaycan hərbçiləri yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikasını məhv edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüntüləri təqdim edirik.

https://youtu.be/uCMsVdWc9G4

Qeyd edək ki, günün birinci yarısında da düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Eyni zamanda oktyabrın 23-ü saat 03.00-dan 16.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 5 PUA zərərsizləşdirilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

İki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq, məhv edilib.

Bildirilib ki, digər iki PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar