ORDUMUZ DÜŞMƏNƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRIR! - VİDEOLAR

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

Bu gün artilleriya bölmələrimiz də düşmənə sarsıdıcı zərbələr endirməyə davam edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan ordusu düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməyə davam edir.

Bu barədə Müdafiə Nazirliyi tərəfindən videogörüntü paylaşılıb.

Videogörüntüdə xalqına səslənən Azərbaycan əsgəri yaxın zamanda Azərbaycan bayrağının Ağdərədə, Şuşada da dalğalanacağını deyir.

Həmin görüntüləri təqdim edirik:

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar