Menu

Ermənistan vətəndaşı təxribat cəhdinə görə Polşadan deportasiya edildi

04.11.2020, 19:42
Ermənistan vətəndaşı təxribat cəhdinə görə Polşadan deportasiya edildi

Polşanın paytaxtı Varşavada azərbaycanlı tələbələrə qarşı təxribat planlaşdıran Ermənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Artur Saakyan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

"Report"un Avropa bürosunun məlumatına görə, o, məhkəmənin qərarı ilə etnik zəmində təxribata cəhd səbəbindən ölkəsinə deporttasiya olunub.

Qeyd edək ki, A.Saakyan Varşava Milli Universitetində bir neçə dəfə azərbaycanlı və türkiyəli tələbələrə qarşı təxribata və insidentə cəhd göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol