Ermənistanın sabiq Müdafiə naziri, general-polkovnik Seyran Ohanyan Şuşa uğrunda döyüşlərdə ağır yaralanıb. Bu barədə “Haqqın.az” saytı məlumat verir.

S.Ohanyan bir qədər əvvəl “DQR” “prezidentinin” əmri ilə Şuşa şəhərinin komendantı təyin olunmuşdu.

Sayt bildirir ki, Azərbaycanın rəsmi mənbələri Ohanyanın yaralandığını təsdiq ediblər.

Xatırladaq ki, Ohanyan Xocalı soyqırımının əsas təşkilatçılarından biridir.

"AzPolitika"