ABŞ-da Demokratlar Partiyasından prezidetliyə namizəd Co Bayden prezident seçkilərində qalib gəlib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə  CNN, NBC və AP- məlumat yayıb.  Demokratların namizədinin artıq 284 seçici sayını əldə etdiyi bildirilir. 

Xatırladaq ki, ayrı-ayrı ştatların özünə aid seçici sayı olan ABŞ seçki sisteminə görə, qələbə üçün namizədə 270 seçici sayı lazımdır. 

Maraqlıdır ki, bu xəbərdən az əvvəl ABŞ-ın hazırkı prezidenti Donald Tramp prezident seçkilərində böyük fərqlə qalib gəldiyini açıqlayıb.

Bu barədə respublikaçıların namizədi öz “Twitter” səhifəsində yazıb.

“Bu seçkiləri böyük fərqlə qazandım!” - D. Tramp öz “Twitter” hesabında böyük hərflərlə yazıb.

AzPolitika.info