«AzPolitika.info» xarici KİV-ə istiadla xəbər verir ki, Tokioda taxt-tacın varisinin adının elan olunması mərasimi keçirilib. Yaponiya KİV-nin məlumatına görə, varis 54 yaşlı şahzadə Fumixito elan edilib. O, imperatorun kiçik qardaşıdır.
Yaponiyada imperator yalnız kişi ola bilər. Hazırkı monarx Naruxitonun isə oğlu yoxdur. Ona görə də ölkəyə növbəti müddətdə imperatorun kiçik qardaşı rəhbərlik edəcək.
Varisin elan olunmasının təntənəli mərasimi hələ aprel ayında keçirilməli idi, amma pandemiya bu planı pozub.
Mərasimdə iştirak edən Yaponiyanın Baş naziri Yosixide Suqa şahzadə Fumixitonu hökumət adından təbrik edib.
Şahzadə Fumixito orintologiya doktoru elmi dərəcəsinə malikdir. Onun iki qızı və bir oğlu var. Oğlan gələcəkdə atasından sonra imperator olacaq.
AzPolitika.ino


Şərhlər