Ermənistan bi qədər əvvəl kapitulyasiya sənədini imzalayıb. Sənəddə deyilir:
Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edirik
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatlar dayandırıldığı elan edilir. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası daha əvvəl tutulmuş mövqelərində dayanırlar.
2. Ağdam rayonu və Azərbaycan Respublikasının erməni tərəfi tərəfindən tutulmuş Qazax rayonunun əraziləri Azərbaycan tərəfinə 20 noyabr 20-ci ilə qədər qaytarılır.
3. Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir.
5. Münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün sülhməramlı mərkəz yerləşdirilir.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci ilə qədər isə Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla və bununla belə Şuşa şəhərindən keçməməklə (5 kilometr uzunluğunda) Laçın rayonunu qaytarır. Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək.
Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir.
7. Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdırlar.
8. Hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur.
9. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.
Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
***
Ermənistanın yaxın saatlarda kapitulyasiya sənədini imzalayacağı gözlənilir. Bu barədə “Caliber” “Telegram” kanalı etibarlı mənbələrə istinadən məlumat yayıb.
Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ümumilikdə sentyabrın 27-dən başlanmış müharibənin aqibətini həll etdi. Bundan dərhal sonra bir gündə 72 yaşayış məntəqəsinin və səkkiz strateji yüksəkliyin azad olunması Ermənistan tərəfinin ağ bayraq qaldırmasına səbəb oldu.
Etibarlı mənbələrdən əldə etdiyimiz xəbərə görə, Şuşa məğlubiyyətindən sonra Nikol Paşinyan Azərbaycan Prezidentinin tələblərini qəbul etmək məcburiyyətində qalaraq kapitulyasiya elan etməyə hazırlaşır.
Məlumata görə, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə video-konfransın təşkil olunacağı və kapitulyasiyanın şərtlərinin razılaşdırılacağı, razılaşma sənədinin imzalanacağı gözlənilir.
İmzalanacaq sənəd cəbhədə döyüşlərin dayandırılmasını və atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq, Kəlbəcər, Laçın və Ağdamdakı erməni işğalçı qüvvələrinin ən qısa zamanda bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.
Azərbaycan Ordusu isə bu günədək azad etdiyi mövqelərdə qalır.
Razılaşma Ermənistan ordusunun ərazilərdən çıxarılmasına paralel olaraq, Türkiyə və Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsini də nəzərdə tutur.
Qeyd edək ki, ermənimənbələri yalnız Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdiriləcəyini bildiir. İddia olunur ki, Rusiya qoşunları qarşıdurma qüvvələri arasında sərhədsiz kordon statusunda çıxış edəcək. Bununla yanaşı, tərəflər Türkiyə hökumətinin Qarabağ probleminin qəti şəkildə həllində fəal iştirakına dair razılığa gəliblər.
Qarabağın statusu müzakirə mövzusu olmayacaq!
Beləliklə, qış fəslinin yaxınlaşdığını nəzərə alaraq, Azərbaycan heç bir itki vermədən Kəlbəcər kimi böyük və strateji rayonun, ciddi müdafiə istehkamları qurulmuş Ağdamın və Laçının azad edilməsinə nail olacaq.
Ancaq fikrimizcə, Rusiya sülhməramlı qüvvələri bölgədə olacaqsa, Türkiyə sülhməramlılarının da bölgədə yerləşdirilməsi Bakının vacib şərtlərindən biri olmalıdır!
***
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.
“Report” xəbər verir ki, bu barədə o özünün feysbukdakı səhifəsində yazıb.

Şərhlər
Azərbaycanın mənəvi-siyasi-hərbi-hüquqi işğalı 1987ci ilin əvvəlindən, SSRİ buraxılmazdan başlanıb. Azərbaycan azı 5 il də müstəqil olmayacaq. Ermənistan BÜTÖV öz ərazisində krekor-xoruz kimi kimə, harası və necə təslim olub? Bəli, 32 illik hərbi işğaldan geri otuzdurulub?
"Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla" bu ifadə bəyanatda yoxdur. Nə RF prezidentinin saytındakı rus dilində olan versiyada, nə də ki bizim Prezidentimizin rəsmi saytında. Xahiş edirəm, təxribat xarakteri daşıyan bu yazı ya düzəldilsin, ya da silinsin.
Xalqla məsləhətləşməmiş heç bir qərar vermək olmaz
Bu düşmənlə bizi bir yerdə yaşamağa məlum etməkdir....
Bəs rus ordusunun bizim torpaqlard nə işi var. Dğlıq Qarabağ tam olaraq bizim nəzarətimizdə olmalı idi və yaxud münaqişədə mediator amilinə əl atılırsa biz Türkiyənində sülhməramlı kimi olmasını təlıb etməliydik.
Hansı kapitulyasıyadan söhbət gedir?İndiyə qədər ərazilərimizi işğal etdilər,əhalimizi öldürdülər,sonda da heç bir maddi məsuliyyət daşımadan rahat əyləşdilər Rusiyanın qucağında.
Xankendinin,Xocalinin aqibeti nece olacaq.Bu mutruflere inam yoxdu.
Bu ermənilərin kapitulyasiyası deyil. Bu bizim qalibiyyətə 5 km. məsafə qalarkən, Dağlıq Qarabaqdan geri çəkilməyimizdir...
Sülhməramlıların nə üçün yerəşdiriləcəyi aydın deyil? Onlar yalnız 27 il işğalçıya hücum etməmiş Azərbaycanın sərhəddini müdafiə edə bilər.
İmzalanmış sənəddə ermənistan tərəfin Azəırbaycana vurduğu zərərin ödənilməsi haqqında heç nə yoxdur.
İmzalanmış sənəddə Dağlıq Qarabağ rus ordusunun nəzarətinə verilir,Laçın dəhlizi ermənilərin ermənistanla-Xankəndi arasında təhlükəsiz keçidə çevrilir.ermənilər əvvəlki kimi Dağlıq Qarabağ ərazisində məskunlaşırlar və Rusiya onların təhlükəsizliyinin qarantı olur.Burdan belə çıxır ki,Rusiyanın dediyi olur....
Bu imansızların nə sözünə,nə də imzasına etibar var.Erməni gəlib erməni gedəcəklər,kökləri kəsilməyincə millətə dinclil yoxdu(((
Bəs,Xankəndinin boşaldılması necə olsun?Düşmən bu şəhəri boşaltmaq yox,Rusiya qoşunlarının ixtiyarına buraxmaq istəyir.Rusiya qoşunları,ancaq ermənistanla sərhəddə dayana bilər.
Saysiz hesabsız yalanlarına görə heç cür inanmağım gəlmir. Bunun altındada bir şeylər yatmasın inşAllah