Menu

ERMƏNİSTAN ORDUSU QARABAĞDAN ÇIXARILIR! - Rus ordusu isə bölgəyə gəlir (VİDEO)

10.11.2020, 08:44
ERMƏNİSTAN ORDUSU QARABAĞDAN ÇIXARILIR! - Rus ordusu isə bölgəyə gəlir (VİDEO)

Bakı vaxtı ilə saat 7:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyində jurnalistlərə bildirilib.

"Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Moskva vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00-da) Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel şəkildə Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanır", - nazirlikdə deyiblər.

Şərhlər

Səid 2020-11-10 15:02:45

Bu daha təhlükəlidir

AS yox, pasa Görüb Bilməzov 2020-11-10 14:40:32

Bu elə, birinci mədən işin görəndə-5 rayon və hayməramlılar illər öncə tələb və qəbul oluna bilərdi? Allah qorusun hər vətəndaşı və sülhü! Buna da Allah Şükür!

t.ədalət 2020-11-10 10:55:10

ermənistanın Dağlıq Qarabağdakı ordusu elə rus ordusu idi də.İndi varlığını açıq elan etdi.

t.ədalət 2020-11-10 10:18:01

Rus ordusu erməniən də qorxuludur.Gavurun ağına da,qarasına da lənət!

Nərminə Şirəliyeva 2020-11-10 08:54:02

Bu oldu "üzrü günahından pis"..

as 2020-11-10 08:50:22

Rusiya ordusu bura girməsi Jirinovski dediyidir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol