Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) prezident seçkilərində Cozef Baydenin qələbəsi Çin və ABŞ münasibətlərindəki gərginliyin bir qədər səngiməsinə şərait yarada bilər.
Bu barədə bazar ertəsi Çinin «Global Times» qəzeti Baydenin ABŞ prezidenti seçilmək üçün lazımi sayda səs toplaması barədəki informasiyaların fonunda yazıb.
«Bəzi çinli ekspertlər hesab edirlər ki, ABŞ-da seçkilərin nəticələri gərgin Çin-Amerika münasibətlərinə bəzi səngimələr verə bilər. Gözlənilir ki, Baydenin gəlişi yeni çağırışlar üzrə yüksək səviyyədə təmaslar üçün imkanlar yaradacaq, eyni zamanda iki nəhəng ölkə arasında qarşılıqlı strateji etibarın bərpasına kömək edəcək» - deyə, qəzet yazır.
Çin Xalq Universiteti beynəlxalq münasibətlər fakültəsinin dekan müavini Tszin Tsanjun hesab edir ki, «Global Times» qəzetinin yazdığı kimi, «Bayden xarici siyasətdə daha mötədil və bişmiş» mövqedən çıxış edəcək və necə deyərlər, Çin-Amerika münasibətlərində keçid dövrünə qədəm qoyacaq».
Öz növbəsində, Universitetin ABŞ-ın öyrənilməsi mərkəzinin direktor müavini Fudan Sin Tsyan bildirib ki, «Baydenin seçkilərdə qələbə çalacağı təqdirdə gözləmək olar ki, Çin və ABŞ vaksin, epidemiya ilə mübarizə və iqlim dəyişikliyi məsələlərində praqmatk əməkdaşlığı bərpa edəcək».
«Gözləmək olar ki, yavaşımış kommunikasiya və dialoq mexanizmləri bərpa oluacaq. Ancaq strateji inamı bərpa etməyə vaxt lazım gələcək» - deyə, Sin Tsyan qeyd edib.
Qəzet bununla yanaşı qeyd edir ki, Amerika administrasiyasında gözlənilən dəyişiklik Vaşinqtonun Çinə yönəlik ümumi siyasət kursunu dəyişməyəcək. Qəzetin yazdığına görə, Ağ Evdə kimin oturmasından asılı olmayaraq, Birləşmiş Ştatlar hər-hansı dərəcədə olsa da, Çinə yönəlik indiki yanaşmasını saxlayacaq.
«Biz, Baydenə həddindən artıq böyük ümidlər bəsləməməliyik. O, başqa ölçü və fəaliyyəyətə sadiq ola bilər, ancaq fərqli kursa yox» - Tszn Tsanjun bildirib.
AzPolitika.info


Şərhlər