KƏLBƏCƏRİN İŞĞALÇILARDAN TƏMİZLƏNMƏSİ BAŞLAYIB – Ermənilər yenə şivən qoparır + VİDEO

Noyabrın 15-dək boşaldılmalı olan Kəlbəcərdən ermənilərin çıxarılması prosesinin başlandığına dair məlumatlar yayılır.

“AzPolitika.info” xəbər verir ki, özünü “Kəlbəcərdən olan politoloq” kimi təqdim edən Aleksandr Kananyan öz sosial şəbəkə səhifəsində iddia edib ki, Rusiya hərbçiləri erməniləri rayondan çıxarmağa başlayıb.

Kananyan yazıb ki, rus hərbçiləri ermənilərə zor tətbiq edirlər: “Rusiya “sülhməramlıları” erməni əhalisinə qarşı zorakılıqlara başlayıblar. Onları evlərindən çıxarırlar və öz əşyalarını götürmələrinə imkan vermirlər. Və bu, hələ başlanğıcdır...”

İşğal olunmuş ərazilərimizə sonradan köçürülən vəəhalimizin mal-mülkünə yiyələnən ermənilərin çıxarılmasını və tarixi ədalətin bərpa olunmasını fəlakət kimi qələmə verən erməni “politoloq” artıq onlar üçün ruslarla türklərin fərqinin olmadığını yazıb: “Biz min dəfə demişik ki, türklərlə “sülhməramlılar”ın fərqi yoxdur. Putinin köməyinə ümid edənləri qarşıda yeni “həlqələr” və yaxın günlərdə və həftələrdə deportasiya gözləyir.”

Xatırladaq ki, üçtərəfli razılaşmaya görə, Kəlbəcər rayonu noyabrın 15-dək ermənilərdən tam təmizlənməlidir.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Akif m. 2020-11-21 11:12:26

Təxribata getməməliyik, məsələ

Roma 2020-11-14 11:04:48

Ermənilər Kəlbəcəri çıxardanda 10-15 saqqallı bir azərbaycanlıya səsgücləndirici verərək 10 saat vaxt veririk çıxın deyərək bərkdən hırıldayırdılar. İndi bu oğraşlara bir həftəyə yaxın vaxt verilib deyə gülə naz eyləyə-eyləyə türkə söyə-söyə rusa donquldana- donnquldana, evləri, meşələri və s. yandıra-yandıra, xarici maşınlarda yırğalana- yırğalana getmək istəmirlər...Bunların toxumuna lənət...

Xalq 2020-11-11 16:09:16

Sağ ol! Bu əla xəbər oldu!

t.ədalət 2020-11-11 15:36:29

ermənilər vay-şivən qoparırlarsa,görünür məqsədləri var,rus hərbiçilərinə arxayınlıq var.

hn55 2020-11-11 15:21:01

Gooqle xerite portalına baxın : Azərbaycanın işqal altında olan ərazilərinin adları erməni dilində yazılıb, bir çox kəndlərin adları dəyişdirilib. Bu Azərbaycan xəritəsində başverənlərə nezarət edən qurumlarımız yoxdur?

Son yazılar