Menu

ABŞ Dövlət katibi Gürcüstandadır - Pompeo ölkə liderləri ilə müzakirələrə başlayıb

17.11.2020, 13:57
ABŞ Dövlət katibi Gürcüstandadır - Pompeo ölkə liderləri ilə müzakirələrə başlayıb

Noyabrın 17-də ABŞ-ın Dövlət katibi Mayk Pompeo Gürcüstana səfərə gəlib. O, Tiflisə Ankaradan uçub. Dövlət katibi ölkə liderləri ilə müdafiə və təhlükəsizlik sahəsindəəməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcək.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu gün Pompeo prezident Salome Zurabişvili, Baş nazir Giorgi Qaxaria, Xarici işlər naziri Davit Zalkaliani, vətəndaş cəmiyyətinin təmsilçiləri, Gürcüstan Pravoslav Kiləsinin lideri II Patriarx İlya ilə görüş keçirəcək.

Yüksək səviyyəli görüşlərdə ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Xartiyasının prioritetləri, müdafiə və təhlükəsizlikdən savayı bir çox sahələrdə – ticarət, təhsil və mədəniyyət sektorlarında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu səfər ABŞ-ın bu ölkənin suverenliyi vəərazi bütövlüyünə, ölkənin demokratik inkişafı və Avropaya inteqrasiyasına dəstəyini bir daha təsdiqləyəcək.

Pompeonun səfəri həmçinin ABŞ-ın Cənubi Qafqaza verdiyi əhəmiyyəti göstərir. ABŞ Dövlət Departamentinin məlumatına görə, Pompeo ölkəsinin Gürcüstanın suverenliyi vəərazi bütövlüyünə dəstəyini bildirəcək, demokratik islahatlar üzrə proqresə çağıracaq.

Gürcüstan müxalifəti isəparlament seçkilərinin yenidən keçirilməsini tələb edir. Pompeonun səfəri zamanı bəzi müxalifətçilər Tbilisidə seçkinin nəticələrinə səssiz yürüş keçirəcəklər.

Bir sıra müxalifət partiyaları parlamentdə təmsilçilik qazansalar da, 31 oktyabr seçkisinin nəticələrini şübhə altına alırlar. Hakim “Gürcü Arzusu” koalisiyası seçkinin qalibi elan olunub.Müxalifət seçkinin saxtalaşdırıldığını, yeni seçilmiş parlamenti boykot edəcəyini deyir.

“Gürcü Arzusu” isə yeni seçki tələblərini rədd edərək səsvermənin azad vəədalətli keçirildiyini bildirir. Pompeo Gürcüstandan sonra İsrailə, daha sonra Birləşmiş Ərəb Əmirlikləri, Qətər və SəudiyyəƏrəbistanına səfər edəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol