Menu

TÜRKİYƏ PARLAMENTİ AZƏRBAYCANA HƏRBİ QÜVVƏ GÖNDƏRİLMƏSİNİ TƏSDİQLƏDİ!

17.11.2020, 17:20
TÜRKİYƏ PARLAMENTİ AZƏRBAYCANA HƏRBİ QÜVVƏ GÖNDƏRİLMƏSİNİ TƏSDİQLƏDİ!

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

İclasa TBMM-nin sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. 

Qeyd edək ki, müddətin bir il göstəilməsi daxili prosedurlarla bağlıdır. Ehtiyac olarsa. Azərbaycanın razılığı, Tükiyə hökumətinin təklifi ilə bu müddət artıılacaq.

Şərhlər

t.ədalət 2020-11-17 20:17:05

Allah Türkiyəni və onun Ordusunu daima var eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol