AZƏRBAYCAN ORDUSU AĞDAMDA! - Müdafiə Nazirliyi açıqlama yaydı (VİDEO) (Yeniləndi)

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

***

Aran Qarabağın vaxtilə ən böyük şəhəri olan Ağdam noyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib. 

Bu barədə sosial şəbəkələrdəki məlumatlardan və hərbi qulluqçuların çəkdikləri videolardan məlum olub. Videogörüntülərdə zirehli avtomobillər qafiləsinin Ağdam istiqamətində hərəkət etdiyi görünür. Sabah bununla bağlı rəsmi açıqlamanın olacağı gözlənilir.

Artıq hərbçilərimiz Ağdamın şəhər viranələrini və şəhərin yarıdağılmış vəziyyətdə olan mərkəzi məscidinin görüntülərini paylaşıblar. Ermənilər bu məsciddən donuz damı kimi istifadə edirdilər.

Xatırladaq ki, 9 noyabr tarixli sazişə əsasən, Ermənistan qoşunları Ağdam rayonunu noyabrın 20-nə qədər boşaltmalıdırlar.

Ağdam 1993-cü ilin iyulunda ermənilər tərəfindən işğal edilib və işğal edilmiş ərazilərdə bütün digər yaşayış məntəqələri kimi, tamamilə məhv edilib.

150 min əhalisi olan bu şəhər həmişə Azərbaycanın ən zəngin və firəvan şəhərlərindən biri olub. Şəhər regionda strateji mövqeyə sahibdir və Dağlıq Qarabağın üç rayonuna – Xocavənd (Martuni), Əsgəran və Ağdərə (Mardakert) rayonlarına çıxışı var. Ağdam Dağlıq Qarabağın inzibati mərkəzindən – Xankəndindən (Stepanakert) cəmi 25 km məsafədə yerləşir.

Bu gün Azərbaycanlılar 27 illik işğaldan sonra bu rayona qayıdıblar. Amma son 5 gün ərzində ermənilər bu rayonda, ilk növbədə ermənilərin işğaldan sonra məskunlaşdıqları kəndlərdə olan bir çox obyekti yandırıblar. (Turan)

635x100

Şərhlər

Amon 2020-11-20 21:50:42

Her sey gozel ela amma bugun bakida agdamin sevincini yasayanlar azerbaycan turkiye bayragiyla yanasi rusiya bayragi da qaldirmisdilar bu muharibede rusun ermeniye ne qeder silah gonderdiyini bile bilr o bayragi turkun bayragiyla yanasi qaldiranlar utansinlar yeqin ki aqil abbas tapsirib onlara rus bayragini da qaldirin xalqin tusa olan nifretini yatirmaq ucun.hec vaxt biz unuda bilmerik rusun bize qarsi elediklerini esgerlerimiz rusun verdiyi tonlarla silahla sehid oldu.5 ci kolon yene oz ampulasindadi birileri bunlarin kokunu kessin

Gözəl 2020-11-20 15:10:29

Ağdamım mənim!!! Qarabağımın Ağdamı! Vətənimin Ağdamı xoş gəldin! Yuxularımızın şəhəri Xoş gəldin. Səni bizlərə yenidən qaytaran Oğullarımız UcaAllah sizi qorusun Dövlətimiz var olsun. TÜRKİYƏM sağol!!!!

Eldəniz 2020-11-20 09:22:50

Artiq dağlıq Qarabağ deyə inzibati ərazi yoxdur , xahiş edirəm nəzərə alın...

RT 2020-11-20 09:01:30

URA!!!!!!!

t.ədalət 2020-11-19 22:51:31

Ağdamın qaytarılması böyük hadisədir.Çünki işğal altında olan ən böyük yaşayış yerlərimizdən biri Ağdam idi.ermənilər Ağdam şəhərini belə viran qoymaqda,görünür,ruslara güvənirlər.Yəqin ki Rusiya dəymiş ziyanın ödənilməsinə imkan verməyəcək.Yaşayaq,görək.

ilqar 2020-11-19 22:45:08

eşq olsun ULU ÖNDƏRƏ......YAŞA PREZİDENTİMİZ.........

Səbuhi 2020-11-19 21:09:17

YAŞA MƏNİM PREZİDENTİM YAŞA MƏNİM XALQIM YAŞA MƏNİM VƏTƏNİM YAŞA AZƏRBAYCAN SƏNİN İLHAM ƏLİYEV KİMİ PREZİDENTI VAR

Son yazılar