VƏTƏN MÜHARİBƏSİNƏ 5 NƏVƏSİNİ GÖNDƏRƏN TAHİRƏ NƏNƏ - “Onlarla qürur duyuram” (FOTO)

44 gün davam etmiş qalibiyyətli Vətən Müharibəsi qəhrəmanlıq nümunələri ilə zəngindir. Bu barədə hər gün mediada və sosial şəbəkələrdə çoxlu sayda xəbərlər paylaşılır.

Qəbələ rayonunun Bum qəsəbəsinin ağbirçəklərindən olan Tahirə nənənin 5 nəvəsi də belə qəhrəmanlar sırasındadır. Vətən Müharibəsin ilk günündən onun nəvələri Adəm Heydərov, Zaur İsrafilov, Murad İbrahimli, Mustafa Muradov, Mehman Ağamoğlanov döyüşlərdə iştirak edib.

Oktyabrın 4-də Zaur İsrafilov Suqovuşanda qızğın döyüşlərdə yaralanıb, həmin ayın 13-də isə Adəm Heydərov Ağdərədə qəhrəmancasına şəhid olub. Mehman Ağamoğlanovun xidmətləri komandanlıq tərəfindən yüksək qiymətləndirilib, onun ailəsinə təşəkkürnamə göndərilib.

Tahirə nənənin 3 nəvəsi hazırda ordu sıralarında xidmətlərini davam etdirir. O, nəvələri ilə qürur duyduğunu söyləyir.

Biz də Vətən uğrunda döyüşlərə övladlarını göndərən bütün əsgər ailələrinə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizin tezliklə şəfa tapmasını arzulayırıq.

"AzPolitika.info"






635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar