Menu

Mehriban Əliyevadan Ağdam təbriki

20.11.2020, 17:14
Mehriban Əliyevadan Ağdam təbriki

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində Ağdamın işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər,
Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Şərhlər

Roma 2020-11-20 18:22:04

Mehriban xanım, Siz bütün Azərbaycanlıların anası-bacısısınız və Möhtərəm Prezidentimizə layiqli Həyat Yoldaşısınız...Ulu Tanrıdan Sizə can sağlığı, xoşbəxtlik arzulayıram...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol