KƏLBƏCƏRƏ İLK AYAQ BASAN VƏ BAYRAĞIMIZI UCALDAN HƏRBÇİLƏR - VİDEOLAR

Hərbçilərimiz bu gün təhvil verilən Kəlbəcər rayonunda Azərbaycan bayrağını qaldırıblar. Sosial şəbəkələrdə paylaşılan videogörüntülər maraqla qarşılanıb.

Qeyd edək ki, gecə saatlarından başlayaraq Azərbaycan ordusunun hərbi texnikası və canlı qüvvəsi Kəlbəcər rayonu ərazisinə yerləşdirilib.

Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal edilib. 

***

Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana təhvil verilib.

AZTV işğaldan azad edilən Kəlbəcər rayonuna ilk ayaq basan Azərbaycan əsgərlərinin görüntülərini paylaşıb.

Qeyd edək ki, gecə saatlarından başlayaraq Azərbaycan Ordusunun hərbi texnikası və canlı qüvvəsi Kəlbəcər rayonu ərazisinə yerləşdirilib.

Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Vaqif Dərgahlı bildirib ki, Azərbaycan ordusunun bölmələri iki istiqamətdən – Göygöl və Daşkəsən rayonu ərazisindən Kəlbəcərə daxil olaraq öz mövqelərini tutacaqlar.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. 

635x100

Şərhlər

Xalq 2020-11-25 15:51:01

Allah qorusun sizləri Azərbaycan əsgəri,Azərbaycan oğulları!

Son yazılar