“Mançester Siti” 1/8 finalda, “Borussiya”dan darmadağın

Çempionlar Liqasının qrup mərhələsinin iki oyunu keçirilib. C qrupundakı qarşılaşmada Yunanıstanda “Olimpiakos”u 1:0 hesabı ilə məğlub edən İngiltərənin “Mançester Siti” komandası adını növbəti raunda yazdırıb.

“Şəhərlilər”in turnir cədvəlində dörd oyundan sonra 12 xalı var.

B qrupunun qarşılaşmasında isə Almaniyanın “Borussiya” (Münxenqladbax) komandası evdə Ukrayna “Şaxtyor”unu darmadağın edib - 4:0.

Bu qələbə ilə səkkizinci xalını qazanan “Borussiya” liderliyini möhkəmlədib. Dörd xalı olan “Şaxtyor” isə hələlik ikinci sırada qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar