Türkmənistanda yaşı 45-dən yuxarı olanların rayonlara getməsi qadağan edilib

Türkmənistan hakimiyyəti yaşı 45-dən yuxarı olanların rayonlara getməsini qadağan edib.

"AzPolitika.info" xəbər verir ki, "Azadlıq" radiosunun Türkmənistan xidməti məlumat yayıb.

Təhsil ocaqları, polis və digər rəsmi qurumlar məhdudiyyətlərin səbəblərini də izah edirlər. Onların sözlərinə görə yaşı 45-dən yuxarı olanların immuniteti zəifdir və yoluxucu xəstəliklərə tutula bilərlər.

Bu qadağanın koronavirus pandemiyası iləəlaqəli olduğu güman edilir. Ancaq Türkmənistan hakimiyyəti ölkədə bircə nəfərin də virusa yoluxmadığını bildirir.

Noyabrın əvvəlindən Türkmənistanda regionlar arasında üzrlü səbəb olmadan köç etmək qadağan olunub və 2021-ci ilədək qüvvədədir. Martdan ölkədə dəmiryol və avtobus nəqliyyatı dayandırılıb, böyük şəhərlər arasında çoxsaylı yollar qapadılıb. 

Avqustda maska taxılması məcburi elan edilib. Rəsmi orqanlar bunu havada tozunun miqdarının çox olmasıyla izah ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar