“Bu bədnam qətnamə iki ölkə arasinda əməkdaşliğa qəsddir” - Samir Şərifov

"Erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən Fransa Senatının Rəyasətinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu ilə bağlı təqdim olunmuş qətnamə layihəsinin noyabrın 25-də müzakirə edilərək Senat tərəfindən qəbul olunmasını kəskin pisləyir, bu təxribatçı addımı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına, Qarabağda sülhün deyil, müharibənin yenidən alovlanmasına rəvac verən və heç bir hüquqi əsası olmayan hərəkət kimi qiymətləndirirəm”.

Bu barədə "Report"a Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov Fransa Senatının məlum qərarına münasibət bildirərkən bildirib.

S.Şərifov əlavə edib: “Fransa Senatı bu bədnam qətnaməni qəbul etməklə beynəlxalq hüququn təməl prinsiplərini, BMT Nizamnaməsini və Fransanın özünün səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini heçə sayır, Fransa Respublikasının Cənubi Qafqaz regionu üzrə əsas iqtisadi-ticarət tərəfdaşı olan Azərbaycan Respublikası ilə uzun illərdən bəri siyasi, iqtisadi, ticarət, mədəni, təhsil və digər sahələrdə qurulmuş çoxşaxəli əməkdaşlığa, fransız biznes dairələrinin Azərbaycandakı maraqlarına ciddi qəsd etmiş olur və gələcəyini böyük sual altına qoyur”.

635x100

Şərhlər

t.ədalət 2020-11-27 23:00:26

Cənab S.Şərifov iki ölkə-Azərbaycan və ermənistan arasında əməkdaşlıqdan danışır.Deyəsən ermənilərin qətlə yetirdikləri arasında bu adamın qohum-əqrəbası yoxdur?

Son yazılar